ENG     19 Avqust 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Avqust 2018-ci il
N 25 (583)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan mini-futbol üzrə çempionat

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 30 aprel - 4 may  tarixlərində Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş mini-futbol üzrə çempionat keçirilib.

Beş gün davam edən və FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında keçirilən çempionatda ümumilikdə hər birində 12 nəfər olmaqla 19 komanda iştirak edib.

Komandalar 4 qrupda  mübarizə aparıb, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanıb. Yarımfinalda nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) ilə Maddi-Texniki Təchizat İdarəsinin (MTTİ), Dövlət Yanğından Mühafizə Xidməti(DYMX) ilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandaları qarşılaşıblar. Qarşılaşmalarda MTTİ XRXX komandasına 7-3, DYMX isə TTNDA-ın komandasına 3-1 hesabı ilə qalib gəlib.

Mayın 4-də isə 3-cü və 1-ci yer uğrunda yekun oyunlar keçirilib. Çempionatın final mərhələsini fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-Zadə və general-leytenant Etibar Mirzəyev, yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmalar zamanı XRXX TTNDA-nın komandasına8:0 hesabı ilə qalib gərək 3-cü yerə çıxıb. Final matçında isə MTTİ və DYMX-nın komandaları qarşılaşıblar. Maraqlı mübarizə ilə yadda qalan final oyununda rəqibini 6-3 hesabı ilə məğlub edən MTTİ-nin komandası çempion olub.

Final oyunundan sonra tədbirin bağlanış mərasimi keçirilib. Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bu yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsasıÜmummilli Liderin gənclərə və idmana göstərdiyi diqqət və qayğı ilə qoyulub. Nazir müavini bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmiz daha da inkişaf edəcək və çiçəklənəcəkdir. Natiq qalib komandaları təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il