ENG     19 Avqust 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Avqust 2018-ci il
N 25 (583)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə taktiki-xüsusi təlimi

Mayın 8-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) İsmayıllı rayonundakı Peşə Litseyində taktiki-xüsusi təlim keçirmişdir. Əvvəlcə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli, Fövqəladə Hallar Nazirliyinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin üzvlərinin iştirakı ilə konfrans keçirilmişdir.

Konfransda keçiriləcək təlim haqqında ətraflı məlumatlar verilmişdir. Tədbir "Təhlükəsiz və möhkəm icmaların qurulması" layihəsi (TMİQ) çərcivəsində, Fövqəladə Hallar Nazirliyi və AzQAC-ın arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında təşkil olunmuşdur. Təlimə, həmçinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Daxili İşlər və Səhiyyə nazirliklərinin qüvvə və vasitələridə cəlb olunmuşdur. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma günündə təşkil olunmuş təlimin gedişində şərti olaraq zəlzələ nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, yerli idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətdə təhlükəli ərazilərdən insanların təxliyyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanaya qədərki ilk yardımın təşkili və stress halına düşmüş insanlara ilk psixoloji yardımın göstərilməsi, ictimai asayişin qorunması, ümumiyyətlə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması sahəsində birgə tədbirlər nümayiş etdirilmişdir. Tədbirdə Fövqəladə Hallar Nazirliyi, AzQAC və İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, dövlət qurumlarının yerli nümayəndəlikləri və beynəlxalq müşahidəçilər iştirak etmişlər.

Sonda təlimdə fəal iştirak edənlərə diplom və hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, "Təhlükəsiz və möhkəm icmaların qurulması" layihəsi Azərbaycanın İsmayıllı və Qusar rayonlarında Avstriya İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi, İsmayıllı və Qusar rayonlarının İcra hakimiyyətləri və kənd bələdiyyələrinin dəstəyi, yerli icmaların fəal iştirakı ilə 2012-ci ildən etibarən uğurla həyata keçirilməkdədir. 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il