ENG     19 Avqust 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Avqust 2018-ci il
N 25 (583)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

9 May - Qələbə günü münasibəti ilə tədbir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 9 May - Qələbə Günü, Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən  N saylı hərbi hissəsində tədbir keçirilmişdir.

Tədbirdə ilk olaraq, Dövlət himnni səsləndirilmiş, sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov əsgər və zabitləri salamlamış, çıxışında II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının rolundan - həm ön cəbhədə, həm də arxa cəbhədəki qəhrəmanlıq və fədakarlığından geniş bəhs etmişdir.

İttifaqın sədri Mehman İsmayılov qeyd etmişdir ki,Böyük Vətən mübaribəsi illərində faşizmə qarşı mərdliklə döyüşən Azərbaycan oğulları və qızları öz hünərləri ilə əbədi qəhrəmanlıq dastanı yaratmışlar. Bu yolda çoxları fədakarlıqları, ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Natiq vurğulamışdır ki, Azərbaycandan cəbhəyə səfərbər edilmiş 700 min nəfərdən 300 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Həmçinin, bu müharibədə 10 mindən çox qadın ölkəmiz adından iştirak etmişdir.Müharibədə göstərdikləri şücaətə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş, həmçinin, 170 min nəfərdən çox Azərbaycan əsgəri və zabiti  SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. Qeyd etmişdir ki, Azərbaycanıntəbii sərvətləri də faşizm üzərindəki qələbənin qazanılmasında mühüm amil olmuşdur. Azərbaycan nefti SSRİ-nin cəbhədə istifadə etdiyi neftin 70 fazindən çoxunu təmin etmişdir.

M.İsmayılov Böyük Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edərkənümummilli lider Heydər Əliyevin əvəzedilməz xidmətlərinə toxunmuş, Ulu Öndərin bu insanlara olan diqqət və qayğısından bəhs etmişdir. O da vurğulanmışdır ki,bu gün Prezident İlham Əliyev tərəfindən Qarabağ müharibəsi veteranları ilə birlikdə bu kateqoriyadan olan insanların xatirəsinin əbədiləşdirilməsi və sosial müdafiəsi uğurla həyata keçirilir.

Sonda, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunmuşdur.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il