ENG     19 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
19 Oktyabr 2018-ci il
N 32 (590)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Akademiyasında "Heydər Əliyev Məktəbinin lektoriyası"nın növbəti məşğələsi olub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında mayın 8-də Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə "Heydər Əliyev Məktəbinin lektoriyası" çərçivəsində toplantı keçirilmişdir. Lektoriyanın qonağı Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı olmuşdur.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Dövlət Himninin səslənməsi ilə başlanan toplantıda çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirmişdir ki, Heydər Əliyev şəxsiyyətinin dövlətçiliyimizin tarixində xüsusi yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynamışdır. Dövlətimizin güclənməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu söyləyən P.Süleynmanov Heydər Əliyevin şərəfli həyat yolunun hər bir vətəndaş üçün böyük örnək olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ulu Öndərin xatirəsini əbədiləşdirmək, onun nəzəri irsini, siyasi fəaliyyətini öyrənmək, təbliğ etmək, Akademiya əməkdaşlarının və hər birimizin ən ümdə vəzifəsidir.

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. Heydər Əliyevin xilaskarlıq rolundan bəhs edən deputat bildirmişdir ki, Ümummilli Liderimiz bütün həyatını və fəaliyyətini xalqımıza, onun tərəqqisinə və xoşbəxtliyinə həsr etmişdir. O, müdrik siyasi xadimin zəngin dövlət idarəçiliyi təcrübəsinin, siyasi irsinin əhəmiyyətini diqqətə çatdırmış, dahi rəhbərin ideyalarının əbədi yaşayacağını vurğulamışdır. Qeyd etmişdir ki, Ulu Öndərin mütərəqqi siyasətinin davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan gündən-günə inkişaf edərək, dünyanın lider dövlətlərindən birinə çevrilmişdir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş olunmuşdur.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il