ENG     24 Senyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
21 Senyabr 2018-ci il
N 29 (587)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Fövqəladə hallarla bağlı davranış qaydaları
Fövqəladə hallara hazırlıq çantası (ehtiyat çantası)

Hazırlıq çantası – fövqəladə hadisələr zamanı istifadə edilməsi üçün hazırlanan və içərisində zəruri ehtiyac vasitələri olan ehtiyat çantasıdır. Ehtiyat çantası hər zaman hazır vəziyyətdə əl altında olmalıdır.    

Hazırlıq çantasına olan tələblər:

Çantanın həcmi təxminən 30 litr, parçası - möhkəm, işıqqaytaran zolaqlı, sukeçirməyən və yüngül, qayışları isə boyunuza uyğun, daşımaya rahat olmalıdır.

Hazırlıq çantasında nə olmalıdır:   

- quru qida məhsulları və su (minimum 3 günlük qidalanma üçün yüngül, yer az

tutan məhsullar);

- tibbi yardım qutusu;

- pul və sənədlər;

- zəruri geyim əşyaları;

- çoxfunksiyali bıçaq;

- kibrit və ya alışqan;

- şam;

- iynə və sap;

- birdəfəlik istifadə üçun qab-qacaq;

- fit (yardım çağırmaq üçün);

- gigiyena vasitələri (nəm və quru salfet, sabun və s.);

- kiçik bloknot və karandaş;

- kompas;

- fənər və batareyalar;

- telefon və qida bloku;

- mümkündürsə, yataq torbası.

Yadda saxlayın ki, hazırlıq çantası yaşadığınız yerə və fərdi xüsusiyyətlərə uyğun olmalı və xarab ola bilən ərzaq və ləvazimatlar mütəmadi yenilənməlidir.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il