Su hövzələrində təhlükəsizliyin təmin olunması məsələləri diqqət mərkəzində saxlanılmışdır
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Qarabağ Regional Mərkəzi ilə birgə "Su hövzələrində təhlükəsizliyin təmin olunması" mövzusunda müşavirə keçirmişdir.
Müşavirədə Ağcabədi rayon İcra Hakimiyyəti və yerli icra nümayəndəliklərinin, eyni zamanda bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölməsinin, yerli Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri iştirak etmişlər.
Tədbirdə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun ərazisindən keçən hissəsində insanların təhlükəsizliyi ilə bağlı məsələlər, baş verə biləcək fövqəladə hadisələr zamanı yerli icra orqanlarının üzərinə düşən vəzifələr və problemlərin həlli yolları təhlil olunmuşdur.
Toplantıda əhalinin maarifləndirilməsi istiqamətində atılacaq addımlardan danışılmış, tədbir iştirakçılarına sözügedən mövzulara dair təbliğat materialları paylanılmışdır.
