ENG     13 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Dərin Özüllər Zavodunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir.

Tədbirdə zavodun rəhbər və mühəndis heyəti ilə birlikdə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğın təhlükəsizliyinin vəziyyəti öyrənilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Bundan əlavə, Dərin Özüllər Zavodunda kollektivin yanğın təhlükəsizliyinə dair biliklərinin artırılması məqsədilə "Odlu və qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydaları" mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir.

Seminarda həyat fəaliyyəti və yanğın təhlükəsizliyi ilə bağlı zəruri məlumatlar verilmiş, ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və tətbiq olunma qaydası haqqında söhbət aparılmışdır. Tədbirdə, həmçinin odsöndürən balonlardan istifadə qaydası əyani şəkildə nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il