ENG     13 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Təlim kursu "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" mövzusuna həsr olunmuşdur

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" mövzusunda təlim kursu keçirmişdir.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları, eləcə də Akademiyanın müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın prorektoru Rizvan Əliyev keçirilən tədbirin əhəmiyyətindən danışmış, əldə olunacaq biliklərin fövqəladə hallar zamanı tədbir iştirakçılarına həm özlərinin, həm də ətrafdakıların təhlükəsizliyini təmin etməkdə böyük köməklik göstərəcəyini qeyd etmişdir.

Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov fövqəladə hadisələrdən heç kəsin sığortalanmadığını vurğulamış, belə hadisələrə hazır olmaqda maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və bu istiqamətdə aparılan işlər barədə məlumat vermişdir.

ATGTİ-nin Beynəlxalq əlaqələr departamentinin direktoru Nurxan Babayev  belə bir tədbirin ərsəyə gəlməsi üçün öz dəstəyini göstərən və burada iştirak edən hər kəsə minnətdarlığını bildirmişdir. İttifaq olaraq prioritet istiqamətlərindən birinin tələbələrin maariflənməsi olduğunu qeyd edən natiq, fövqəladə halların hər an başımıza gələ biləcək və öyrənilməsi vacib olan məsələlərdən biri olduğunu vurğulamışdır.   

Daha sonra "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112" qaynar xətti" və "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il