ENG     24 Senyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
21 Senyabr 2018-ci il
N 29 (587)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında valideynlərlə görüş

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında I və II kursda təhsil alan kursantların və müdavimlərin valideynləri ilə görüş keçirilmişdir.

Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov rəhbərlik etdiyi bu ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı danışmışdır. O, bildirmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının qarşısında duran ən başlıca vəzifələrdən biri də xüsusi ixtisaslı ali təhsilli kadrları vətənpərvərlik, ümummilli liderimiz Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə etməkdir. Akademiyada kursantların təhsil almaları və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Kursantların təlim-tərbiyələri ilə yüksək ixtisaslı mütəxəssislər məşğul olur.

Görüşdə çıxış edən Akademiyanın rəis müavini polkovnik Aslan Hüseynov tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dünyagörüşlərinin formalaşması, mədəni səviyyələrinin və fiziki hazırlıqlarının artırılması istiqamətində məqsədyönlü addımlar atıldığını qeyd etmişdir.

Toplantıda çıxış edən valideynlər kursantlar üçün yaradılmış yüksək səviyyəli şəraitə görə dərin minnətdarlıqlarını bildirmişlər.

Tədbirdən sonra valideynlər kursantların yaşayış şəraitləri ilə yaxından tanış olmuşlar.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il