ENG     26 Aprel 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Aprel 2018-ci il
N 11 (569)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti ticarət və əyləncə mərkəzlərinin yanğın təhlükəsizliyini daim nəzarətdə saxlayır

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti son zamanlar xarici ölkələrdəki ticarət və əyləncə mərkəzlərində baş vermiş yanğın hadisələri barədə geniş təhlillər aparır və bununla bağlı qabaqlayıcı tədbirlər həyata keçirir.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru İsrayıl Əliyevin dəvəti ilə Xidmətdə "Paşa Holding"in "Gənclik Mall", "28 Mall", "Port Baku", "Amburan Mall", Şüvəlan Park Ticarət mərkəzlərinin direktorları, holdinqlərin ticarət və təhlükəsizlik departamenlərinin baş menecerləri və "Cinema Plus" şirkətinin rəhbərləri, eləcə də "Park Bulvar" Ticarət mərkəzinin məsul şəxsləri ilə görüş keçirilmişdir.

Görüşdə, xarici ölkələrdəki dəhşətli yanğın hadisələrinin respublikamızda təkrar olunmaması, ümumilikdə isə insanların kütləvi şəkildə toplaşdıqları məkanların yanğın təhlükəsizliyinin təmin edilməsi müzakirə edilmişdir.

Xidmət rəisi ticarət və əyləncə mərkəzlərində yanğına qarşı tələblərə toxunaraq, yanğından müdafiə sistemlərinin işlək vəziyyədə olmasının vacibliyini diqqətə çatdırmışdır. Yanğından müdafiə sistemlərinə mütəmadi olaraq texniki qulluğun göstərilməsinin və daima nəzarətdə saxlanılmasının vacibliyini deyən Xidmətin rəisi ehtiyat çıxış qapılarının bağlanmasının yolverilməz olduğunu xüsusilə bəyan etmişdir. Eyni zamanda, obyektlərdə mövcud olan yanğın su təchizatı, ilkin odsöndürmə vasitələri, kinozallara və əyləncə sahələrinə daha mütəşəkkil qaydada nəzarətin aparılması, tüstü bacalarının təmizlənməsi (kafe, restoran və s.), elektrik təchizatı, işçilərin təlimatlandırılması, təlimlərin keçirilməsi və digər məsələlərə də toxunulmuşdur.

Görüşdə, gələcəkdə qarşılıqlı fəaliyyətin aparılmasının, yaranmış sualların peşəkarlar tərəfindən cavablandırılmasının, işçilərlə maarifləndirmə tədbirlərinin birgə həyata keçirilməsinin əhəmiyyəti də vurğulanmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il