ENG     24 Iyun 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Iyun 2018-ci il
N 19 (577)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Bakı Metropoliteni" QSC-də "İlk tibbi və psixoloji yardım" mövzusunda məşğələlər keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi "Bakı Metropoliteni" Qapalı  Səhmdar Cəmiyyəti ilə birgə fevralın 26-dan martın 2-nədək "İlk tibbi və psixoloji yardım" mövzusunda məşğələlər keçirmişdir. "Bakı Metropoliteni"nin müraciəti əsasında keçirilmiş məşğələlərdə qurumun aidiyyəti əməkdaşları iştirak etmişlər.

Məşğələlərin keçirilməsinə FHN Tibb Xidmətinin, Mülki müdafiə qoşunlarının və  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunmuşlar. Tədbirin keçirilməsində məqsəd metropoliten əməkdaşlarının maarifləndirilməsi, onların  tibbi və psixoloji hazırlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

Metropolitenin Təlim-tədris Mərkəzində təşkil edilmiş məşğələlərə bu qurumun 28 nəfər əməkdaşı cəlb olunmuşdur. Məşğələlər nəzəri və praktiki olmaqla iki mərhələdə keçirilmişdir. Nəzəri hissədə şəxsi heyətə  metropolitenin stansiyalarında insanların xəsarəti ilə nəticələnə biləcək bədbəxt hadisələr, qəzalar, qəfil xəstələnmələr, ağır yaralanmalar, termiki, elektrik və kimyəvi yanıqlar, qanaxmalar, ətrafların uzun müddət sıxılması, zərərli qazlardan zəhərlənmələr, günvurma və istivurma zamanı göstərilən ilk yardımın məzmunu, həcmi və mahiyyəti barədə  müvafiq biliklər verilmişdir. Təcrübi hissədə  isə ekstremal hallar zamanı hadisə yerində zərərçəkənlərə  vaxtında və düzgün qaydada ilkin tibbi və psixoloji yardım göstərmək üçün gərəkli  praktik  vərdişlər nümayiş etdirilmişdir. Fövqəladə hallar zamanı əhalinin, eləcə də ayrı-ayrı insanların psixi sarsıntıya məruz qaldığını və mənəvi dəstəyə böyük ehtiyacı olduğunu nəzərə alaraq,  "Fövqəladə hallar zamanı kütlənin psixoloji davranış xüsusiyyətləri", "İntihar" mövzularına da geniş  diqqət ayrılmışdır. Mövzular ətrafında müzakirələr  təşkil olunmuş və dinləyicilərin sualları ətraflı cavablandırılmışdır. Tədbirdə mövzulara dair materiallar və 130 ədəd "Təxirəsalınmaz ilk tibbi yardım" yaddaş kitabçası Metropolitenin əməkdaşlarına təqdim olunmuşdur.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzində müxtəlif qəzalar zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsinə  dair dərslər hər il tədris olunur. Builki təlim ilk dəfə olaraq Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə təşkil olunmuşdu. Tədbirdə FHN-lə birgə təşkil edilmiş məşğələlərin səmərəli olduğu və metropoliten əməkdaşlarının biliklərinin artırılmasında və bacarıqlarının təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılmışdır. Məşğələlərdə iştirak edən metropoliten əməkdaşları bildirmişlər ki, bu təlimlərdə əldə etdikləri nəzəri və təcrübi biliklər gələcəkdə sözügedən sahədə həmkarlarına aşılanması zamanı baza rolu oynayacaq. Qarşılıqlı əməkdaşlığın əhəmiyyətli olduğu qeyd edilmiş və yüksək qiymətləndirilmişdir.

FHN Fövqəladə halların nəticələrinin aradan

qaldırılması işinin təşkili Baş idarəsi

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il