ENG     13 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Dəyirmi masada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı birgə fəaliyyətin əhəmiyyətindən danışılmışdır

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı FHN-in Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyəti" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə, eləcə də "Formula-1 Azərbaycan Qran-Pri" yarışları zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məsələsi müzakirə edilmişdir.

Toplantıda FHN-in Aparatı və qurumlarının nümayəndələri, Bakı şəhəri RİH başçılarının 1-ci müavinləri - Fövqəladə Hallar üzrə Komissiya sədrləri, Bakı şəhər Baş Polis, Təhsil və Səhiyyə idarələri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərişıq" və "Təmiz Şəhər" ASC-lərinin, "Bakı Telefon Rabitəsi" MMC, "Azəriqaz" və "Bakı Lift-Təmir" İB-lərinin, eləcə də "Formula-1 Azərbaycan Qran Pri" yarışlarının Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində təxliyə tədbirlərinin və birgə fəaliyyətin müstəsna əhəmiyyətini diqqətə çatdırmışdır.

Tədbirdə "Formula-1 Azərbaycan Qran Pri" yarışlarının Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin koordinatoru Aygül Ağayeva təqdimatla çıxış etmiş, 2018-ci il 26-29 aprel tarixlərində keçiriləcək "Formula-1 Azərbaycan Qran-Pri" yarışının təşkilində həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə məlumat vermişdir.

Sonra FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev çıxış edərək, mülki müdafiə işinin təşkilinin əsas istiqamətləri barədə məlumat vermiş, bu sahədə birgə fəaliyyətin zəruriliyini vurğulamışlar.

Sonda mövzu ətrafında interaktiv müzakirələr aparılmış, tədbir iştirakçıları ötən il ərzində görülmüş işlərlə və mövcud problemlərlə bağlı çıxışlar etmiş, mülki müdafiə işinin təşkili sahəsində metodiki köməkliyin vacibliyini diqqətə çatdırmışlar.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il