ENG     20 Iyun 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Iyun 2018-ci il
N 19 (577)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Kursantların nəzəri bilikləri və praktiki vərdişləri təkmilləşdirilir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında "FHN-in Akademiyası kursantlarının bilik və bacarıqlarının artırılması məqsədilə yanğın qəza-xilasetmə işinin aparılması taktikası" mövzusunda təlim-məşq keçirilmişdir.

Nazirliyin əsas fəaliyyət planına uyğun olaraq keçirilən təlim-məşqin təşkilatçıları FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri Baş idarəsi, Baş əməliyyat idarəsi, Dövlət Yanğından Mühafizə Xidməti və nazirliyin Akademiyası olmuşdur.

Tədbirin keçirilməsində məqsəd kursantların yanğın təhlükəsizliyinə dair nəzəri biliklərinin daha da artırılması, onlara sözügedən sahə ilə bağlı peşəkar vərdişlərin aşılanması olmuşdur.

Təlim-məşqin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, əhalinin təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilmiş, yanğın təhlükəsizliyinə dair məlumatlar verilmişdir.

Tədbirin ikinci - praktik mərhələsində isə xüsusi texnika və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşqlər keçirilmişdir.

Təlim-məşqdə ümumilikdə 10 xüsusi texnika və 30-a yaxın yanğın xilasedicisi, eyni zamanda həkim briqadası, FHN-in yuxarıda adı çəkilən qurumlarının məsul əməkdaşları, Akademiyanın şəxsi heyəti və kursantları iştirak etmişlər.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il