ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Mülki Müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması" mövzusunda silsilə tədbirlər keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri 6 nömrəli orta məktəbİndə 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbirində məktəbin müəllim və şagirdləri, BMT-nin Azərbaycan üzrə nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin və FHN-in əməkdaşları iştirak etmişlər.

İlk olaraq iştirakçılar "Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsindən seçilmiş əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Daha sonra FHN tərəfindən hazırlanmış "Təhlükəsiz həyat" adlı videoçarx nümayiş olunmuşdur.

Toplantını giriş sözü ilə açan məktəbin direktoru Gülşən Orucova Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumat vermiş və belə bir tədbirin 6 nömrəli məktəbdə təşkilinə görə Fövqəladə Hallar Nazirliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov nəzərə çatdırmışdır ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsədin ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etmək olmuşdur. Natiq respublikamızda texnoloji və təbii mənşəli fövqəladə halların baş vermə ehtimallarının hər zaman mövcud olduğunu diqqətə çatdıraraq, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində nazirlik tərəfindən lazımi tədbirlər görüldüyünü bildirmişdir.

BMT-nin Azərbaycan üzrə nümayəndəliyinin rezident əlaqələndiricisinin vəzifəsini icra edən və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin rəhbəri Furyo D.Angels təmsil etdiyi qurumun mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən danışmışdır. O, Azərbaycan Respublikasında aidiyyəti qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin BMT-nin mülki əhalinin təhlükəsizliyinin qorunması proseslərində də yaxından iştirak etdiyini diqqətə çatdırmışdır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinin müşaviri Elşən Səlimzadə çıxışında təmsil etdiyi təşkilatın təhsil müəssisələrində, ali təhsil ocaqlarında mülki müdafiə və əhalinin təhlukəsizliyinin təminatı kimi vacib məsələlərlə bağlı maarifləndirmə işləri gördüyünü vurğulamışdır.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov çıxışında Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində uşaqların, gənclərin fövqəladə hallara hazır olmalarına köməklik məqsədilə birgə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Sonda 6 nömrəli orta məktəbin şagirdlərinin hazırladığı zəlzələ zamanı davranış qaydalarına dair səhnəcik nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

*****

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə işinin təşkili Baş idarəsi Azərbaycan Tibb Universitetində 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirmişdir.

"Mülki Müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması" mövzusunda keçirilən tədbirdə Universitetin müəllim və tələbələri, Azərbaycan Respublikasının Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin, FHN-in və Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.

Toplantını giriş sözü ilə açan ATU-nun prorektoru Natiq Xəlilov Ümumdünya Mülki Müdafiə Təşkilatının tarixinə qısa ekskurs edərək bu mötəbər nüfuzlu beynəlxalq qurumun yaradılmasına - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş humanitar tədbirin Tibb Universitetində təşkilinə görə Fövqəladə Hallar Nazirliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov nəzərə çatdırmışdır ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Qeyd etmişdir ki, respublikada neft-qaz sənayesinin inkişafı, ölkəmizin yerləşdiyi təbii-coğrafi şərait texnoloji və təbii mənşəli fövqəladə halların baş vermə ehtimallarının hər zaman mövcud olduğunu deməyə əsas verir. Bu amillər, eyni zamanda Ermənistan kimi qəsbkar bir dövlətlə qonşuluqda yerləşməyimiz mülki müdafiə işinin daim diqqətdə saxlanılmasını zəruri edir. Natiq ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görüldüyünü də nəzərə çatdırmışdır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin rəhbəri Furyo D.Angels təmsil etdiyi qurumun mülki əhalinin  təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən danışmışdır. O, Azərbaycan Respublikasında aidiyyəti qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin BMT-nin mülki əhalinin təhlükəsizliyinin qorunması proseslərində də yaxından iştirak etdiyini diqqətə çatdırmışdır.

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşı Rövşən Mehdiyev qeyd etmişdir ki, fövqəladə halların effektiv idarə olunması, o cümlədən mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması üçün dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi zəruridir.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Qurban İsmayılov rayonda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

***

Qeyd edək ki, 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Bakı, Sumqayıt, Cənub, Muğan, Şimal, Şimal-qərb, Aran, Qarabağ, Gəncə Regional mərkəzlərində də tədbirlər keçirilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il