ENG     19 Senyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Senyabr 2018-ci il
N 28 (586)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Nəzəri-praktiki seminarda neft sənayesinin yanğın təhlükəsizliyi məsələləri diqqət mərkəzində saxlanılmışdır

FHN Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir.

Tədbirdə rəhbər və mühəndis heyəti ilə birlikdə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğın təhlükəsizliyinin vəziyyəti öyrənilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Tədbirdə obyektin mühəndis, texniki işçiləri, fəhlə və qulluqçularına "Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər" mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir.

Seminar iştirakçıları neft sənayesi müəssisələrində ərazinin saxlanma xüsusiyyətləri və yanğın təhlükəsizliyinə dair digər tələblər barədə məlumat verilmişdir. Təbliğat xarakterli söhbətlərdə ilkin yanğınsöndürmə vasitələri və həmin vasitələrin tətbiqi qaydalarından danışılmış, yanğın zamanı ilkin hərəkətlər üzrə praktiki məşqlər keçirilmişdir. 

     

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il