ENG     18 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib

FHN Dövlət Yanğın Nəzarəti Xidmətində dövlət müəssisələrindən, özəl təşkilatlardan, habelə sahibkarlıq subyektlərindən daxil olan torpaq sahələrinin, layihə sənədlərinin və tikintisi başa çatmış obyektlərin istismara hazırlığının razılaşdırılması ilə bağlı müraciətlərə baxılarkən şəffaflığın tam təmin edilməsi yollarının müzakirəsinə həsr edilən müşavirə keçirilib.       

Müşavirəni giriş sözü ilə açan Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov tədbirin  məqsədini açıqlayaraq öncə ötən və cari illərdə yanğınların baş verməsi, onların sayının azalması istiqamətində profilaktik tədbirlərin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, iki il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunu imzalayıb. Ötən il bu qanunun müddəti daha üç il uzadılıb. Son iki ildə Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı qabaqlayıcı tədbirlər görülməsi sahəsində fəaliyyət imkanlarını müvafiq istiqamətlər üzrə təbliğat işinin təşkilinə yönəldib, respublika ərazisində yanğınların baş verməsinin və baş vermiş yanğınların ağır nəticələrə səbəb olmasının qarşısının alınmasına ikiqat məsuliyyətlə yanaşıb.

Müşavirədə dövlət müəssisələrindən, özəl təşkilatlardan, habelə sahibkarlıq subyektlərindən daxil olan torpaq sahələrinin, layihə sənədlərinin və tikintisi başa çatmış obyektlərin istismara hazırlığının razılaşdırılması ilə bağlı müraciətlərə baxılarkən şəffaflığın tam təmin edilməsi üzrə fəaliyyətin hazırkı vəziyyətindən danışılıb, layihə sənədlərinin razılaşdırılması tələb olunan dövlət qurumlarına təqdim edilməsi üçün nazirliyin TTNDA-da "bir pəncərə"nin yaradılması, Xidmətdə sənədlərin qəbulu üzrə həmçinin "bir pəncərə" sisteminin tətbiq edilməsi  məqsədilə müvafiq şəraitin yaradılması qeyd edilib.     

Xidmətin Yanğın təhlükəsizliyinin normativ əsasları şöbəsinin rəisi daxili xidmət polkovniki Mehdi Ələsgərov şöbəyə daxil olan sənədlərə baxılarkən daim icraatın obyektiv aparılmasına, şəffaflığın qorunmasına məsuliyyətlə yanaşıldığını qeyd edib. Bildirib ki, Xidmət rəisinin tapşırığı ilə istismara hazırlıq ərəfəsində müraciətlərə baxılarkən, yerlərdə aktların obyektiv yazılmasının təmin edilməsi məqsədilə akt forması tərtib edilib ki, həmin aktda obyekt nümayəndəsi normativ tələblərlə bilavasitə tanış olur və faktiki vəziyyəti normativ tələblə müqayisə edə bilir. Bu isə obyekt nümayəndələrində hər hansı bürokratik əngəlin olmadığına əminlik yaradır. Əvvəlki dövrlərdə imtina məktublarında aşkar edilmiş iradlar sadəcə sadalanırdısa, 2014-cü ildən etibarən sadalanan iradlar normativ tələb göstərilməklə izah olunur və artıq, təkrar müraciətə obyektin tam hazırlanması üçün kimlərləsə görüşməyə, məsləhətləşməyə ehtiyac qalmır.

Müşavirənin sonunda dövlət müəssisələrindən, özəl təşkilatlardan, habelə sahibkarlıq subyektlərindən daxil olan torpaq sahələrinin, layihə sənədlərinin və tikintisi başa çatmış obyektlərin istismara hazırlığının razılaşdırılması ilə bağlı müraciətlərə baxılarkən şəffaflığın daha etibarlı təminatı məqsədilə verilmiş müvafiq rəylərin, o cümlədən istismara hazırlıq barədə aktların tərtibatında kollegial yanaşma təcrübəsinin daha geniş tətbiq edilməsi tövsiyə olunub.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il