ENG     26 May 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
25 May 2018-ci il
N 16 (574)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Hadisə

Respublika ərazisində baş vermiş hadisələr

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər.

••• Abşeron rayonunda "Mercedes" markalı minik avtomobilinin yük hissəsi və arxa oturacaqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

••• Şəki  şəhəri, Fazıl kəndində ümumi sahəsi 250 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 12 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

••• Zaqatala rayonu, Kebeloba kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 24 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

••• Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində ümumi sahəsi 40 m2 olan talvarın altına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Talvar və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

••• Bakı şəhəri, Xətai rayonunda 20 mərtəbəli yaşayış binasının (1-3-cü mərtəbələri qeyri-yaşayış sahəsidir) şaxtasında 60 p.m elektrik kabelləri, zirzəmisində 52 ədəd elektrik sayğacı və çardağının yanar konstruksiyaları 5 m2 sahədə yanmışdır. 13-cü mərtəbədə dəhlizin lambirdən ibarət tavanı 15 m2 sahədə yüksək temperaturdan ərimişdir. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini xilas edilmiş, 20 nəfər təhlükəsiz əraziyə təxliyə edilmişdir. 2 nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il