ENG     26 May 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
25 May 2018-ci il
N 16 (574)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi B.Mehdiyev adına Qubadlı şəhər 2 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Qubadlı rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı", "Sel və daşqın zamanı nə etməli", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərliklərdə təhlükəsizlik qaydaları"  və "112" qaynar xətti"  mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Qusar rayonu Şirvanovka tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat  verilmişdir.              

Toplantıda məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xəttinin roluna dair məruzələr dinlənilmişdir.

Sonda  mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar şəhər 2 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Aran Regional Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı", "Sel və daşqınlar" zamanı davranış qaydaları", "Odsöndürücü balonlardan istifadə qaydaları", "Məişətdə yanğın", "Dəm qazı təhlükəsi" və "112" qaynar xətti" mövzularında çıxışlar olunmuşdur.  Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilmiş və videoçarxlar nümayiş olunmuşdur.

Sonda iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmış və suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in digər yerli qurumlarının əməkdaşları ilə birlikdə Tərtər rayonu Seydimli kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda "Dəm qazı", "Zəlzələ", "Məişətdə yanğın zamanı davranış qaydaları", "112" qaynar xəttinə müraciət qaydaları", "Odsöndürən balonlardan istifadə qaydaları", "Əyində geyim yanarkən davranış qaydaları" mövzularında məruzələr edilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin gücləndirilməsinin, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır. Sonda videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış materiallar paylanmışdır. 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il