ENG     26 May 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
25 May 2018-ci il
N 16 (574)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Yanğına qarşı təbliğat günləri keçirilir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhərinin Binəqədi və Nizami rayonlarının ərazisində müxtəlif ünvanlarda yerləşən yaşayış binalarının sakinləri arasında yanğına qarşı maarifləndirmə işləri aparmışdır.

Tədbirlər zamanı kustar üsulla düzəldilmiş elektrik avadanlıqlarından və elektrik qızdırıcı cihazlarından istifadə edilməsinin, qaz balonlarından və nasaz qaz cihazlarından istifadə olunmasının, eyvanlarda siqaret çəkərkən diqqətsizlik edilməsinin, uşaqların odla dəcəlliyinin real yanğın təhlükəsi yarada bilməsi, tüstü bacalarının ildə iki dəfə təmizlənməsi, mənzildən çıxarkən elektrik avadanlığı, qaz cihazlarını şəbəkədən ayırmaq və söndürməyi unutmamaq onların nəzərinə çatdırılmışdır. "Vətəndaşların nəzərinə", "Mənzildə yanğın zamanı davranış qaydaları" adlı yaddaş vərəqələri sakinlərə paylanılmışdır.

***

Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsi əməkdaşlarının növbəti görüşü Bərdə şəhərində yerləşən Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Bərdə Peşə Liseyinin və Mingəçevir şəhərində yerləşən yataqxanalarında məskunlaşmış məcburi köçkünlərlə olmuşdur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müraciəti əsasında reallaşdırılan tədbirlərdə yataqxana sakinlərinə yanğın  təhlükəsizliyi qaydaları ətraflı izah edilmişdir. Odsöndürən balonlar və onlardan istifadə qaydalarını sakinlərə izah edən DYNX-nin əməkdaşları onlara  "Vətəndaşların nəzərinə", "Məişətdə yanğın zamanı davranış qaydaları" adlı yaddaş vərəqələri paylamışlar.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğına qarşı təbliğat şöbəsi

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il