ENG     22 Fevral 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Fevral 2018-ci il
N 04 (562)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Vəzifə borcunu layiqincə yerinə yetirən və yubiley yaşları tamam olan təcrübəli əməkdaşlar mükafatlandırılmışlar

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş, 50 və 60 illik yubiley yaşları tamam olmuş təcrübəli əməkdaşların FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılması ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin Aparat və qurumlarının nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən söhbət açmış, yubilyarları təbrik etmişdir.

Toplantıda çıxış edən Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov əhalinin yanğın təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlər, Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinin dövlət səviyyəsində qiymətləndirilməsi haqqında ətraflı məlumat vermiş, vəzifə borcunu layiqincə yerinə yetirən əməkdaşları təbrik etmişdir.

Sonra Dövlət Yanğından Mühafizə Xidmətində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş, 50 və 60 illik yubiley yaşları tamam olmuş təcrübəli əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il