ENG     15 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

SOCAR-ın Kompleks Qazma İşləri Trestində yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın Kompleks Qazma İşləri Trestinin "Bulla-8 Mart-Ümid", "Neft Daşları", "Abşeron", "Qaradağ" istehsalat bölümlərində quyuların istismarı və qazılması zamanı yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir.

 Tədbirdə obyektin ümumi ərazisi, istehsal sahələrinin və texnoloji qurğuların yanğına qarşı vəziyyəti öyrənilmiş, rejim xarakterli yanğına qarşı çatışmazlıqların icra vəziyyəti nəzərdən keçirilmiş, fəhlə və qulluqçulara yanğın təhlükəsizliyi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Yüksək yanğın təhlükəli sahələrdə işləyən mühəndis-texniki işçilərin, fəhlə və qulluqçuların yanğın təhlükəsizliyi üzrə biliklərini təkmilləşdirmək, mövcud yanğınsöndürmə vasitələri ilə tanış etmək və yanğın zamanı hərəkət qaydalarını öyrətmək məqsədilə onlarla maarifləndirici söhbətlər aparılmışdır.

Yanğına qarşı təbliğat xarakterli söhbətlərdə ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yollarla bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin istismarı qaydaları haqqında  məlumat verilmişdir.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il