ENG     26 May 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
25 May 2018-ci il
N 16 (574)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Ölkəmizdə dövlət gənclər siyasəti uğurla davam etdirilir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak etmişdir.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Daha sonra tədbiri giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs etmişdir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri 2 fevral - Gənclər Günü münasibətilə təbrik etmiş, vurğulamışdır ki, Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olmuşdur. Qeyd etmişdir ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xüsusi diqqət göstərir və möhtərəm prezidentimizin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar bunun ən bariz nümunəsidir. Nazir müavini bildirmişdir ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin rolundan danışmışdır. O, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqdəsilə Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd etmişdir.

Gənclər adından çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin zabiti Xaliq Həsənli onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirmişdir.

Çıxışlardan sonra xidmətdə fəqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş Nazirliyin bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilmişdir.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il