ENG     26 May 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
25 May 2018-ci il
N 16 (574)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Cəmiyyət

Prezident İlham Əliyev: Heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 53-cü kitabı çapdan çıxıb

Biz üzv olduğumuz bütün təşkilatlarda fəal iştirak edirik, maraqlarımızı qoruyuruq və götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz də ola bilməz. Bu, aksiomdur. Çünki əgər o təşkilatın üzvü deyiliksə, biz hansısa öhdəliyi necə götürə bilərik?! Heç bir təşkilat, heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz. Çünki bu qəbuledilməzdir. Biz bunu qəbul etmirik. İkitərəfli təmaslarda mən şəxsən öz fikirlərimi çox açıq şəkildə ifadə edirəm ki, bizə ancaq bərabərhüquqlu yanaşma yaraşır. Çünki başqa cür ola bilməz. Biz heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən asılı deyilik.

AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 53-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsində söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 53-cü kitabındakı materiallar 2012-ci ilin sentyabr ayından oktyabradək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Parisdə Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in üzvü olan iş adamları ilə görüşü haqqında informasiya ilə başlanır.

Nəşrdə dövlətimizin başçısının Fransaya işgüzar səfəri, habelə Özbəkistan Prezidentinin, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin Azərbaycana səfərləri zamanı apardığı danışıqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında iştirak etmək üçün Bakıya gəlmiş Türkiyə, İran, Tacikistan və Pakistanın dövlət və hökumət başçıları ilə görüşünə dair materiallar toplanıb.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Çin, Rusiya, Latviya, Estoniya, Bolqarıstan, İtaliya, Yunanıstan, Argentina, Uruqvay, Meksika, ABŞ və digər dövlətlərin, ISESCO, Dünya Bankı və digər təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə, Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirakına, "Körpülərin salınması" beynəlxalq konfransın iştirakçıları ilə görüşünə dair materiallar daxil olunub.

Dövlətimizin başçısının Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqi, Tərtər, Bərdə, Yevlax, Zərdab, Saatlı, Beyləqan, İmişli rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, respublikada təhsil, səhiyyə müəssisələrinin, infrastruktur obyektlərinin açılışında iştirakına, abadlıq-quruculuq işləri ilə tanışlığına dair informasiyalar da bu cilddə yer alıb. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın uğurlu daxili və xarici siyasəti, iqtisadi potensialın möhkəmlənməsi, şaxələndirilmiş iqtisadiyyatın uğurlu nəticələri, enerji və qeyri-neft sektorunun inkişafı, gənclər arasında milli mənəvi dəyərlərin təbliği və gənclər tərəfindən qaldırılan məsələlərə diqqətlə yanaşılması haqqında nitqləri, çıxışları əksini tapıb.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri daxil edilib.

"Azərnəşr" tərəfindən buraxılan 53-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il