ENG     21 Yanvar 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Yanvar 2018-ci il
N 01 (559)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Avtodayanacaqlarda yanğın təhlükəsizliyi qaydaları

2017-ci ilin son gününün xəbərlərində Böyük Britaniyanın Liverpul şəhərində 1600 yerlik yeraltı avtomobil dayanacağında baş verən yanğın barədə məlumat da yer aldı. Bu yeraltı avtomobil dayanacağı həmin vaxt at şousunun keçirildiyi və yüzlərlə insanın tamaşa etdiyi Esho Arena konsert-əyləncə kompleksinin yaxınlığında yerləşir. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmadı. Amma 1400 müxtəlif markalı minik avtomobili yanaraq külə döndü.

Son illər böyüyən və gözəlləşən Bakıda da tıxacların qarşısının alınması məqsədilə istər hündürmərtəbəli binaların altında, istərsə də digər yerlərdə xeyli avtodayanacaqlar istifadəyə verilib və anoloji hadisənin respublikamızın baş paytaxtında baş verməməsi üçün avtodayanacaqlarda yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Avtomobillər ücun dayanacaq (bundan sonra avtodayanacaq) - yalnız avtomobillərin saxlanması (dayanacağı) üçün nəzərdə tutulan bina, qurğu (binanın, qurğunun hissəsi) və ya xüsusi açıq meydançadır.

Avtodayanacaqların aşağıdakı növləri vardır:

Qapalı tipli yerüstu avtodayanacaq- xarici divarları olan avtodayanacaqdır.

Acıq tipli avtodayanacaq - xarici divarları olmayan avtodayanacaqdır. Olçüsünə görə ən uzun tərəfinin ən azı iki qarsı tərəfi acıq olan qurğu da, həmcinin acıq tipli avtodayanacaq sayılır. Tərəf üzərindəki dəliklərin ümumi sahəsi həmin tərəfin hər yarusundakı (mərtəbəsindəki) xarici səthinin ən azı 50%-ni təşkil edərsə, tərəf açıq sayılır.

Pandusları (rampaları) olan avtodayanacaq - avtomaşına, bir sıra daima qalxan (enən) dosəmələrdən və yaxud döşəmələr arasında bir sıra birləşdirici panduslardan istifadə edərək, öz hərəkət qüvvəsilə yerin səviyyəsinə nisbətən yer dəyişməyə imkan verən avtodayanacaqdır.

Mexanikləşdirilmis avtodayanacaq - avtomobillərin saxlanma yerinə (bokslara) nəqlinin xüsusi mexanikləşdirilmiş qurğularla (sürücülərin istirakı olmadan) həyata kecirildiyi avtodayanacaqdır.

Daxilində yerləşdirilmiş istehsalatdakı texnoloji proseslərin xüsusiyyətlərini nəzərə almaqla yanğın-partlayış xassələrindən və miqdarından asılı olaraq partlayış-yanğın və yanğın təhlükəliliyinə görə istehsalat və anbar binaları və otaqları qüvvədə olan normativ sənədlərə uyğun olaraq kateqoriyalara bölünürlər.

F1, F2, F3 və F4 sinifli binalarda olan istehsalat və anbar otaqları, həmçinin laboratoriya və emalatxanalar F5 sinfinə aid edilir.

Avtodayanacaqların quraşdırılması qaydaları:

Avtodayanacaqların şəhər və kənd yasayış ərazilərində yerləşdirilməsi, onların torpaq sahələrinin ölçülərinin və digər bina və qurğulara qədər olan məsafələrin qəbul edilməsi müvafiq tikinti normalarının tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.

Avtodayanacaqlar yer səviyyəsindən aşağı və (və ya) yuxarı yerləşdirilə bilər (bu normaların tələbləri nəzərə alınmaqla), yeraltı və yerüstu hissələrdən (yeraltı və yerüstu mərtəbələrdən, o cümlədən bu binaların damından istifadə olunmaqla) ibarət ola bilər, başqa təyinatlı binalara bitişik və ya onların hududları daxilində, o cumlədən həmin binaların altındakı yeraltı, zirzəmi, kürsü və ya aşağı yerüstü mərtəbələrdə, həmçinin yer səviyyəsində xüsusi quraşdırılmış açıq meydançada yerləşə bilər.

Avtodayanacaqların yeraltı mərtəbələrinə yerləşgələrin dösəməsinin səviyyəsi torpağın planlaşdırma səviyyəsindən yerləşgələrin hündürlüyünün yarısından çoxu qədər aşağıda olan mərtəbələri aid etmək lazımdır.

Yeraltı avtodayanacaqların, həmçinin tikinti aparılmamış ərazilərdə də (keçidlərin, küçələrin, meydanların, bağcaların, qazonların altında və s.) yerləsdirilməsinə yol verilir.

Avtodayanacaqların odadavamlılıq dərəcəsindən asılı olmayaraq F1.4 sinifli (bir mənzilli, blok edilmiş yaşayış evləri də daxil olmaqla) binaların hüdudlarında tikilməsinə yol verilir. F1.3 sinifli (çoxmənzilli yaşayış evləri) binaların hüdudlarında minik avtomobilləri ucun avtodayanacaq tikilməsinə yalnız fərdi avtomobil sahiblərinin daimi yerləri təsbit olunmaqla (ayrıca bokslar qurulmadan) yol verilir.

F1.1 sinifli (məktəbəqədər uşaq müəssisələri, xüsusiləşdirilmiş qocalar və əlil evləri (mənzilləri olmayan), xəstəxanalar, internat məktəblərinin vəməktəbəqədər uşaq müəssisələrinin yataq korpusları), həmçinin F4.1 sinifli (məktəblər, məktəbdənkənar təhsil müəssisələri, orta ixtisas təhsil müəssisələri, texniki-peşə məktəbləri) binalarının altında avtodayanacaqların yerləsdirilməsinə yol verilmir.

Eləcə də, muhərrikləri sıxılmış təbii qazla və mayeləşdirilmiş neft qazı ilə işləyən avtomobillər uçun nəzərdə tutulan qapalı tipli avtomobil dayanacaqlarının başqa təyinatlı binaların hüdudlarında və onlara bitişik tikilməsinə, həmçinin yer səviyyəsindən asağı yerləşdirilməsinə yol verilmir.

Yerüstü avtodayanacaqların hündürlüyü 9 mərtəbədən artıq olmamaqla, yeraltı dayanacaqların hündürlüyü -5 yeraltı mərtəbədən artıq olmamaqla nəzərdə tutula bilər.

Avtodayanacaq binalarında- xidməti və növbətçi personal üçün xidməti otaqların (nəzarət və kassa məntəqələri, dispetcer otağı, muhafizə), texniki təyinatlı (mühəndis avadanlığı üçün) yerləşgələrin, sanitar qovşaqlarının, müştərilərin yükləri üçün anbarların, əlillər üçün otaqların, həmçinin ictimai telefonlar və sərnişinlər üçün lift qurğularının nəzərdə tutulmasına yol verilir. Onların zəruriliyi, tərkibi və sahələri dayanacağın ölüulərindən və onun istismar xüsusiyyətlərindən asılı olaraq layihə ilə müəyyən olunur.

Avtodayanacağın tərkibində avtomobillərə servis xidməti (texniki baxış və xidmət postları, diaqnostika və tənzimləmə işləri, yuyucu və s.) üçün yerləşgə qurulması zərurəti yarandıqda (layihələndirmə tapşırığı üzrə), bu məqsədlər üçün ayrıca bina, yerləşgə və ya yerləşgələr qrupu nəzərdə tutmaq lazımdır. Belə yerləşgələr avtodayanacaqlarda nəzərdə tutula bilər (açıq tipli avtodayanacaqlar və yasayış binaları daxilində yerləşmiş avtodayanacaqlar istisna olmaqla) və avtodaynacaqdan 2-ci tip divarlarla və 3-cu tip ortmə konstruksiyaları ilə ayrılmalıdır. Bu yerləşgələrə avtomobillərin və adamların girişləri, avtodayanacağın girişlərındən təcrid olunmalıdır. Avtomobillərə texniki xidmət və cari təmir üzrə ayrıca iş növləri və yaxud iş qruplarının yerinə yetirilməsi ücün nəzərdə tutulan yerləşgələrin tərkibi və sahələri muvafiq iş novlərinin aparılmasının texnoloji tələbləri ilə avtomobil nəqliyyatı müəssisələrinin texnoloji layihələndirilməsi normaları tələbləri nəzərə alınmaqla müəyyən olunur.

Başqa təyinatlı binaların hududlarında tikilmiş avtodayanacaqlarda ümumi adi pilləkən qəfəsələrinin və ümumi lift şaxtalarının nəzərdə tutulmasına yol verilmir. Avtodayanacağın və başqa təyinatlı binanın funksional əlaqəsini təmin etmək üçün avtodayanacağın lift şaxtalarından və pilləkən qəfəsələrindən çıxışlarını, bir qayda olaraq, binanın əsas girişinin vestibülünə nəzərdə tutmaq lazımdır. Eyni zamanda avtodayanacağın mərtəbələrində yanğın baş verdiyi hallarda hava vurulan 1-ci tip tambur-şlüzlərin qurulması nəzərdə tutulmalıdır.

Avtodayanacağın başqa təyinatlı binanın bütün mərtəbələri ilə əlaqəsi olması zərurəti yarandıqda lift şaxtalarının və pilləkən qəfəsələrinin (avtodayanacaqların pilləkən qəfəsələrinə və lift şaxtalarına yanğın zamanı hava vurulması və ya bütün mərtəbələrdə 1-ci tip hava vurulan tambur-şlüzlərin quraşdırılması nəzərdə tutulmalıdır ki, bunlarda aşağıdakılardır:

a) iki və daha artıq yeraltı mərtəbə olduqda;

b) əgər pilləkən qəfəsələri və liftlər avtodayanacağın yeraltı və yerüstü hissəsini birləşdirirsə;

c) əgər pilləkən qəfəsələri və liftlər avtodayanacağı başqa təyinatlı binanın yerüstü mərtəbələri ilə birləşdirirsə.

Tiçarət yerləşgələrinin, piştaxtaların, köşklərin və s. bilavasitə avtomobillərin saxlandığı yerlərdə yerləşdirilməsinə yol verilmir.

Coxmərtəbəli avtodayanacaq binalarında avtomobillərin hərəkəti ücün rampalar (panduslar), maili mərtəbələrarası örtmə konstruksiyalar və ya xüsüsi liftlər (mexanikləşdirilmiş qurğular) nəzərdə tutmaq lazımdır. Arasıkəsilməz spiralvari döşəmələri olan konstruksiyalardan istifadə olunduğu halda, hər bir tam buruma yarus (mərtəbə) kimi baxılmalıdır. Yarımmərtəbələri olan çoxmərtəbəli avtodayanacaqlar üçün mərtəbələrin ümumi sayı yarımmərtəbələrin sayının ikiyə bölünməsi kimi, mərtəbənin sahəsi iki yanaşı yarımmərtəbənin sahələri cəmi kimi müəyyən olunur.

Avtodayanacaqlarda rampaların sayı və müvafiq olaraq zəruri çıxış və girişlərin sayı bütün mərtəbələrdəki, birincidən başqa (yeraltı dayanacaqlar ücün - bütün mərtəbələrdə) avtomobilləırin sayından asılı olaraq, avtodayanacaqdan istifadə rejimi, hesabi hərəkət intensivliyi və onun təşkili üzrə planlaşdırma həlli nəzərə alınmaqla müəyyən edilir.

(ardı var)

Hikmət Cəfərov

DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin

rəisi daxili xidmət polkovniki

Rövşən Bəkirov

DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin

böyük təlimatçısı



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il