ENG     21 Yanvar 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Yanvar 2018-ci il
N 01 (559)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Xilasedicilər qarşısında mühüm vəzifələr qoyulmuşdur

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının tabeliyində olan bütün hərbi hissələrdə yeni tədris dövrü başlamışdır.

Yeni tədris dövründə xilasedicilər qarşısında mühüm vəzifələr qoyulmuşdur. İlk gündən başlayaraq şəxsi heyətin döyüş hesabatı üzrə həyəcan siqnalı verilərkən hərəkəti, xilasedici alət və avadanlıqların saxlanclardan çıxarılaraq maşın  və texnikaya yüklənməsi, hadisə baş vermiş rayona şəxsi heyətin çıxışı, habelə digər mühüm elementlər məşq edilmişdir.

Belə məşqlərin keçirilməsində əsas məqsəd xilasetmə bölmələrinin fövqəladə hal zonasında qəza-xilasetmə işlərinin aparılması, zədələnmə, qəza, fəlakət və təbii fəlakət rayonlarından əhalinin təxliyə edilməsində iştirakı, əhalinin zərərçəkmiş təbəqəsinin zəruri ərzaq məhsulları və yaşayış ləvazimatları ilə təminatı, zədələnma ocaqlarında radiasiya, kimyəvi və bakterioloji kəşfiyyatın aparilması, həyat təminatlı obyektlərin, yolların, hava limanlarının və infrastrukturun digər vaçib elementlərinin bərpası üzrə işlərində iştirak, protexniki işlərin yerinə yetirilməsi, ərazilərin müdafiəsi üzrə tapşırıqların yerinə yetirilməsində, habelə  xilasedicilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, təyin olunmuş vaxtda hadisə yerinə çatması, şəxsi heyətin nizamlı hərəkəti, komandirlər tərəfindən verilən əmr və tapşırıqların dəqiq və qarşılıqlı idarə olunmasının yerinə yetirilməsindən ibarətdir.

 "Həyəcan" məşğələlərinin sonunda bölmələrin döyüş hesabatı üzrə hərəkəti qiymətləndirilmişdir.

FHN Mülki müdafiə qoşunlarının

Şəxsi heyətlə iş üzrə şöbəsi



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il