ENG     23 Iyul 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
13 Iyul 2018-ci il
N 22 (580)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Qarabağ Regional Mərkəzinin əməkdaşları Cocuq Mərcanlı kənd tam orta məktəbində tədbir keçirmişlər

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Cəbrayıl rayonu N. Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri iştirak etmişlər.

Tədbirin keçirilməsində məqsəd pedoqoji kollektivə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə "Dəm qazı", "Zəlzələ", "Məişətdə yanğın zamanı davranış qaydaları", "112 qaynar xəttinə müraciət qaydaları", "Odsöndürən balonlardan istifadə qaydaları", "Əyində geyim yanarkən davranış qaydaları", "Məişətdə civə dağılmaları" mövzularında çıxışlar edilmiş, suallar cavablandırılmışdır. Tədbirin gedişində videoçarxlardan istifadə edilmişdir.

 Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin gücləndirilməsinin, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmış, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış materiallar paylanmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il