ENG     27 Aprel 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
27 Aprel 2018-ci il
N 12 (570)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Yeni il şənliklərini təhlükəsiz keçirək

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Yeni il şənlikləri keçirilən yerlərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə təbliğat xarakterli növbəti maarifləndirmə tədbirlərini Xidmətin 4-cü ərazi DYNİ-nin əməkdaşları ilə birlikdə Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi İnternat məktəbində və Binə qəsəbəsinin Mədəniyyət Mərkəzində  aparmışdır.

Yeni il şənlikləri zamanı pirotexniki vasitələrdən istifadə edilməsinin qadağan olması, ehtiyat çıxış qapılarının daima açıq olması,şənlik keçirilən yerlərdə nəzərdə tutulan saydan artıq insan olmaması,elektrik uzadıcılarının artıq yüklənməməsi, uşaqların nəzarətsiz buraxılmaması,tamaşa vaxtı zalın işığının tam söndürülməməsi onların nəzərinə çatdırılmışdır.

Eyni zamanda Xidmət tərəfindən hazırlanmış  "Yeni il şənlikləri zamanı yanğın təhlükəsizliyi"ndən bəhs edən plakatlar paylanmışdır.   

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il