ENG     18 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Köpük verməklə ən yaxşı manqa" adı uğrunda baxış - müsabiqə keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti şəxsi heyətin yanğın-xilasetmə hazırlığının inkişaf etdirilməsi, eləcə də ekstremal şəraitdə düzgün qərarların qəbul edilməsi, həmçinin neft çənlərində baş verə biləcək yanğınların söndürülməsində öz xidməti vəzifələrini yerinə yetirərkən onlara peşə vərdişlərinin aşılanması və dözümlüyün artırılması məqsədilə Bakı və Sumqayıt qarnizonunun Yanğından Mühafizə hissələri arasında "Köpük verməklə ən yaxşı manqa" adı uğrunda baxış-müsabiqə keçirmişdir.

Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən baxış-müsabiqədə Xidmətin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 45, 46, 47, 48, 49, 50, 51, 53, 54, 56 saylı, Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 11, 12, 13, 18, 19 saylı və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 21, 23 və 24 saylı Yanğından Mühafizə hissələri iştirak etmişdir. Hər bir komanda manqa şəklində 7 nəfər yanğınsöndürmə növbəsinin rəisi və ya köməkçisi, manqa komandiri, sürücü, dörd yanğınsöndürəndən ibarət olmaqla təmsil olunmuşdur.

Müsabiqədən öncə bütün iştirakçılar döyüş açılışı zamanı hərəkətlərin yanğın-xilasetmə hazırlığı üzrə təlimatın və təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun yerinə yetirilmələri haqqında təlimatlandırılmışlar.

Bir mərhələ və iki hissədən ibarət olan müsabiqədə manqaların şəxsi heyətinin sıra baxışı keçirilmişdir. Yanğın texnikasına, yanğın texniki ləvazimatlara və təqdim edilmiş sənədlərə baxış keçirildikdən sonra manqalar kompleks təmrinlərdən ibarət döyüş açılışını etməklə yarışa qatılmışlar.

Sonda 18 komandanın  iştirak etdiyi baxış - müsabiqənin nəticələri elan olunmuşdur.

Gərgin mübarizə şəraitində keçən müsabiqənin qalibi Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə   Dəstəsinin 19 saylı Yanğından Mühafizə Hissəsi olmuşdur. Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 21 nömrəli Yanğından Mühafizə Hissəsinin komandası 2-ci yeri, ADNŞO üzrə YMİ-nin 54 nömrəli Yanğından Mühafizə Hissəsinin komandası isə 3-cü yeri tutmuşdur.

Qaliblərə Dövlət Yanğından Mühafizə Xidməti və FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən medal və diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il