ENG     23 Yanvar 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Yanvar 2018-ci il
N 01 (559)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Beyləqan rayonu D.Əliyev adına adına İkinci Şahsevən kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin sözügedən sahədəki biliklərini daha da təkmilləşdirmək olmuşdur.

Toplantıda fövqəladə hallar, onların xüsusiyyətləri barədə məlumat verilmiş, "Zəlzələ", "Dəm qazı", "Məişətdə civə dağılmaları", "Hidrodinamik qəzalar", "Əyində geyim yanarkən davranış qaydaları", "Odsöndürən balonlardan istifadə qaydaları" və "112" qaynar xəttinə müraciət qaydaları" mövzularında məruzələr edilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır. Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış çap materialları paylanmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları kimi mövzularda biliklərin aşılanması olmuşdur.

Tədbirdə Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı", "Sel və daşqınlar zamanı davranış qaydaları", "Odsöndürücü balonlardan istifadə qaydaları", "Məişətdə yanğın", "Dəm qazı təhlükəsi" və "112" qaynar xətti" mövzularında çıxışlar olunmuşdur. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilmiş və videoçarxlar nümayiş olunmuşdur. Bundan başqa, odsöndürən balonlardan istifadə qaydaları tədbir iştirakçılarına əyani nümayiş etdirilmişdir.

Sonda iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmış və suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Siyəzən şəhər 4 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə mülki müdafiənin məqsədi və prinsipləri, müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, dəm qazı təhlükəsizliyi və qar uçqunu zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilmişdir.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il