ENG     20 Aprel 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
13 Aprel 2018-ci il
N 10 (568)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportunda nəzəri-praktiki seminar keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti müəssisə və təşkilatlara məxsus könüllü və idarədənkənar yanğından mühafizə bölmələri ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə tədbirlərini davam etdirir. Bu istiqamətdə Dövlət Yanğından Mühafizə Xidməti növbəti tədbirini  Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidməti ilə birgə keçirmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən nəzəri-praktiki seminarda hava limanının Aviasiya Təhlükəsizliyi İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza-xilasetmə İşləri Xidmətinin rəisi Azad Səmədov insanların kütləvi toplaşdığı mühüm əhəmiyyətli obyektlərdə, o cümlədən hava limanında baş verə biləcək fövqəladə hadisələr, xüsusilə də yanğın hadisəsi zamanı əməliyyat şəraitinin qiymətləndirilməsi, insanların, obyektlərin təhlükəsizliyinin təmin olunması, fəlakət riskinin qiymətləndirilərək müvafiq qüvvə və vasitələri cəlb etməklə təxirəsalınmaz xilasetməəməliyyatlarının aparılması, baş vermiş yanğın və digər fövqəladə hadisələrin operativ olaraq nəticələrinin aradan qaldırılması zamanı düzgün qərarların qəbul edilməsi üçün Dövlət Yanğından Mühafizə Xidməti ilə təmsil etdiyi qurumun qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulamış, müvafiq qarşıda duran vəzifələri açıqlamışdır.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının iştirak etdiyi nəzəri-praktiki seminarda şəxsi heyətin və yanğınsöndürmə vasitələrinin hava limanında yanğınların söndürülməsinə cəlbolunma qaydaları, yanğın avtomobillərinin və avadanlıqlarının səmərəli istifadə edilməsi, yanğınsöndürmə maddələri, onların verilməsi qayda və üsulları, yanğınların söndürülməsi üçün qüvvə və vasitələrin hesablanması metodları və onların yerləşdirilməsi prinsipləri, radiorabitə vasitələrindən istifadə qaydaları haqqında nəzəri və praktiki bilgilər verilmişdir.

Təyyarədə yanğın zamanı uçuş-enmə zolağında insanların xilas edilməsi, yanğında yaranmış şəraiti nəzərə alaraq döyüş hərəkətlərinin həlledici istiqamətlərinin müəyyən olunması, fuzelyajın içində yanğının söndürülməsi üçün lazımi qüvvə və vasitələrin miqdarının düzgün hesablanması və onlardan səmərəli istifadə olunması, həmçinin dağılmış yanacağın söndürülməsi ilə bağlı bilgilər də seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.

Nəzəri-praktiki seminarın iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisi, onun əməliyyat-taktiki xüsusiyyətləri, mövcud rabitə vasitələri, su təchizati, həmçinin hava limanının bina və tikililərindəki tikinti konstruksiyalarının yanğın təhlükəliliyi və obyektin digər mühüm əhəmiyyətli xüsusiyyətləri barəsində də məlumatlandırılmışlar.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il