ENG     14 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Prezident İlham Əliyev Hindistanın xarici işlər üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayan Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar dedi: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Sizin rəhbərliyinizlə ölkənizdə əldə edilən sabitlik və inkişafla bağlı Hindistanın Baş naziri, rəhbərliyi və xalqı adından Sizi təbrik edirəm”.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində böyük uğurlar əldə etdiyini, sabit və sürətlə inkişaf edən ölkəyə çevrildiyini vurğuladı.

Dövlətimizin başçısı Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın ölkəmizə bu səfərinin ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını dedi.

Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində Bakıda keçiriləcək Nazirlər Konfransının regional əməkdaşlığın gücləndirilməsi, Əfqanıstana beynəlxalq səviyyədə göstərilən dəstəyin artırılması baxımından önəmi qeyd edildi.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il