ENG     14 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 1 saylı sexinin 1 nömrəli çənlər parkında "Çənlərdə yanğın zamanı neft məhsullarının söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirmişdir.

Təlim yanğın yerinə yanğın bölmələri çatana qədər mühəndis-texniki işçilərin vəzifələrinin yerinə yetirilməsini və məlumatların ardıcıllıqla ötürülməsini, əməliyyat yanğınsöndürmə qərargahının qüvvə və vasitələrə rəhbərlik etməklə yanğınsöndürməyə aid olan əməliyyat sənədlərinin tərtib olunmasını, rabitə və arxa işinin təşkil edilməsini, birinci və sonrakı yanğınsöndürmə rəhbərinin yanğın yerində vəziyyəti qiymətləndirməklə həlledici istiqamətin müəyyən olunmasını və döyüş hərəkətlərinin təşkil edilməsini, DYMX-nin şəxsi heyətinin yanğın yerində döyüş hərəkətlərinin məşq etdirilməsini, həmçinin texniki təhlükəsizlik qaydalarının öyrədilməsini qarşıya məqsəd qoymuşdur.

Təlimdən öncə "Yanğından mühafizə xidmətində rəis heyətinin taktiki hazırlığı üzrə Təlimat"ın tələblərinə uyğun olaraq çənlər parkının yerləşdiyi ərazinin, onun əməliyyat-taktiki xüsusiyyətlərinin, mövcud rabitə vasitələrinin, su təchizatının öyrənilməsi, bu tip obyektlərdə baş vermiş yanğınların söndürülməsinin təşkil olunmasının və taktikasının təhlil edilməsi, şərti yanğın şəraitinin təqlid edilməsi qaydalarının hazırlanması, təlimin başlanması və davam etməsi müddətinin, həmçinin cəlb edilən qüvvə və vasitələrin təyin edilməsi, şəxsi heyətin hazırlığı və təlimin maddi-texniki təchizatının təmin olunması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Təlim keçirilən obyektin texnoloji prosesi, mühafizə olunan obyektin bina və tikililərindəki tikinti konstruksiyalarının yanğın təhlükəliliyi və obyektin digər mühüm əhəmiyyətli xüsusiyyətləri öyrənilmişdir. Təlimə cəlb olunmuş yanğın avtomobillərinin texniki silahlarla komplektləşdirilməsi, onların sazlığı və istismar zamanı etibarlılığı yoxlanılmış, zəruri olan digər hazırlıq işləri görüldükdən sonra yanğın-taktiki təlim başlanılmışdır.

...Saat 15:00 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 19 saylı Yanğından Mühafizə Hissəsinin 38 nömrəli Yanğından Mühafizə Bölməsinin xidməti ərazisində yerləşən Heydər Əliyev adına BNEZ-in 1 saylı sexinin 1 nömrəli rezervuar parkındakı çəndə şərti olaraq baş vermiş yanğın haqqında bölməyə məlumat daxil olur. Radiotelefonçu məlumat alan kimi həyəcan siqnalı ilə yanğınsöndürmə növbəsini hadisə yerinə göndərir və yanğın haqqında Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə xəbər verilir. Beləliklə, 4 saylı çağırışla "Çənlərdə yanğın zamanı neft məhsullarının söndürülməsi" mövzusunda keçirilən yanğın-taktiki təlimə start verilərək şərti yanğının söndürülməsi üçün müəyyənləşdirilmiş plan üzrə zəruri tədbirlər həyata keçirilir. Şərti yanğın saat 15-52-də tam ləğv edildikdən sonra təlim yekunlaşır.

Təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Rza Xudiyev tərəfindən əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyəti müzakirə olunmuş, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyini və nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları qiymətləndirilmişdir.

Yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, taktiki imkanlarından maksimum istifadə etməklə onları döyüş hərəkətlərinin həlledici istiqamətlərində tez və vaxtında cəmləşdirib yeridilməsi, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarlar qəbul edilməsi istiqamətində vəzifələrin icra olunması ilə bağlı şəxsi heyətə tövsiyələr verilmişdir. Mövcud nöqsanların aradan qaldırılması, həmçinin, yanğından mühafizə hissələrinin və qarnizonlarının döyüş hazırlığının yüksək səviyyədə təkmilləşdirilməsində və inkişaf etdirilməsində yanğın-taktiki təlimlərin rolunun artırılması üçün şəxsi heyət qarşısında konkret vəzifələr qoyulmuşdur.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il