ENG     17 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
16 Dekabr 2017-ci il
N 41 (556)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Cəsurluq məktəbi" açıq qapı günü keçirilmişdir

FHN Bakı Regional Mərkəzi noyabr ayının 29-da Mərkəzin bazasında növbəti "Cəsurluq məktəbi" açıq qapı günü keçirmişdir.

Açıq qapı gününün keçirilməsində məqsəd Bakı şəhəri ümumtəhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin qurumlarının fəaliyyəti ilə yaxından tanış etməkdən ibarət olmuşdur.

"Cəsurluq məktəbi" açıq qapı gününün iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış seçim qaydası ilə müəyyən edilmişdir. Belə ki, tədbirdə iştirak etmiş 40 yuxarı sinif şagirdinin hər biri məhz öz gələcəyini fövqəladə hallar orqanlarında fəaliyyətlə bağlamaq istəyən gənclər olmuşdur.

Tədbir praktik və nəzəri olmaqla iki hissədən ibarət olmuşdur.

Praktik hissə zamanı əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında istifadə olunan texnika, alət və avadanlıqlar nümayişi etdirilmiş, onların iş prinsipi barədə məlumat verilmişdir.

Mərkəzin inzibati binasının akt zalında keçirilmiş nəzəri hissə zamanı isə Mərkəzin rəis müavini Kamil Bağırov tədbir iştirakçılarını səmimi salamlamış, onların öz gələcək fəaliyyətlərini məhz fövqəladə hallar orqanları ilə bağlamaq istəklərini təqdirəlayiq hesab etmişdir.

 Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi polkovnik Vaqif Teymurov "Bakı Regional Mərkəzinin fəaliyyət istiqamətləri" mövzusunda çıxış edərək Mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi işlər və apardığı maarifləndirmə fəaliyyəti barədə qısa məlumat vermişdir.

Çıxışdan sonra Mərkəzin keçirdiyi maarifləndirmə tədbirləri barədə bir sıra videoçarxlar nümayiş etdirilmişdir.

Tədbirdə, həmçinin "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112 qaynar xətti" mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Keçirilmiş tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, verilən suallar ətraflı cavablandırılmışdır.       

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il