ENG     17 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
16 Dekabr 2017-ci il
N 41 (556)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Ən yaxşı manqa" adı uğrunda baxış-müsabiqə

Yanğından mühafizə bölmələrinin əməliyyat-xidməti fəaliyyətində, o cümlədən  yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbul olunmasında manqaların peşə hazırlığının mühüm rolu vardır. Yanğınların söndürülməsində manqalarda xidmət edən əməkdaşların taktiki hazırlığı, onların xüsusi bilikləri, metodiki vərdişlərinin mühüm rol oynamasını nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı,  FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə  "Ən yaxşı manqa" adı uğrunda baxış-müsabiqə keçirilmişdir.

Əməkdaşların döyüş hazırlığının tərkib hissəsi olan yanğın-xilasetmə hazırlığının inkişafı, eləcə də ekstremal şəraitdə şəxsi heyətin öz xidməti vəzifələrini yerinə yetirərkən onlara peşə vərdişlərinin  aşılanması və dözümlüyünün artırılmasına, şəxsi heyətin taktiki hazırlığının səviyyəsinin yüksəlməsinə, xüsusi biliklərinin, metodiki vərdişlərinin  təkmilləşməsinə  xidmət edən  "Ən yaxşı manqa" adı uğrunda baxış-müsabiqəyə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun yanğın qarnizonları üzrə dislokasiya olunmuş rayon Dövlət Yanğından Mühafizə hissələri cəlb olunmuşdur.

13 komandanın  iştirakı ilə gerçəkləşən  baxış-müsabiqədə birinci yerə Dövlət Yanğından Mühafizə Xidmətiinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi, ikinci yerə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsi, üçüncü yerə isə  Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsi çıxmışdır.

"Ən yaxşı manqa" adı uğrunda keçən baxış-müsabiqədə ümumiləşdirilmiş nəticələrə görə Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsi qalib adına layiq görülmüşdür.

Baxış-müsabiqənin qalibləri Dövlət Yanğından Mühafizə Xidməti  və FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılmışlar.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctmaiyyətlə əlaqələr və təbliğat sektoru



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il