ENG     17 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
16 Dekabr 2017-ci il
N 41 (556)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Muğan Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili məsələləri müzakirə edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi dislokasiya ərazisində fəaliyyət göstərən nazirliyin digər qurumlarının iştirakı ilə Biləsuvar rayon İcra Hakimiyyətinin akt zalında "Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi" mövzusunda rayon müşavirəsi keçirmişdir.

Müşavirədə  icra hakimiyyətinin rəhbər işçiləri, Biləsuvar rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan  Regional  Dövlət Yanğın Nəzarəti İdarəsinin, Biləsuvar rayon DYMH-nin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti müfəttişliyinin əməkdaşları iştirak etmişlər.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən nazirliyin respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü uğurlu işlərdən danışılmış, Muğan Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi işlər barədə məlumatlar verilmişdir. İcra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edilərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyi vurğulanmışdır.

 Daha sonra Muğan Regional Mərkəzinin monitorinq qruplarının Biləsuvar rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilmiş, yaranmış problemlər diqqətə çatdırılmışdır.

Tədbir zamanı Biləsuvar rayonu ərazisində yüksək təzyiqli qaz və yüksək gərginlikli  elektrik hava xətlərinin mühafizə zonalarında və ictimai yaşayış binalarının ətrafında inşa edilmiş müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə toxunulmuş və icraedici orqanlara tövsiyələr verilmişdir.

Yekunda mövcud problemlərin aradan qaldırılması istiqamətində edilən çıxışların və irəli sürülən təkliflərin rəhbər işçilər tərəfindən iş yerlərində bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il