ENG     14 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir

Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Gənclərin sağlam ruhda böyüməsi, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin artırılması və layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin 26 yanvar 2015-ci il  tarixli Sərəncamı ilə təsdiq edilmiş  "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarında "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nda qarşıya qoyulan vəzifələrə əməli işlə cavab verilməsi üçün silsilə tədbirlər həyata keçirilir, bütün bu tədbirlər isə gənc əsgərlərin vətənpərvərlik hisslərinin artırılmasına öz müsbət təsirini göstərir.

Bu günlərdə Azərbaycanın Xalq Artisti Faiq Ağayev Mülki müdafiə qoşunlarının Biləcəridə yerləşən "N" saylı hərbi hissəsində şəxsi heyətin qonağı olmuşdur. Olduqca maraqlı və rəngarəng repertuarla çıxış edən Faiq Ağayev tədbiri qəhrəmanlıq və vətənpərvərlik ruhlu mahnılarla coşdurmuşdur. Onunla birgə əsgərlərin görüşünə gələn gənc istedadların ifa etdikləri  musiqi nömrələri də tədbirə xüsusi rəng qatmışdır.

Tədbirin sonunda Azərbaycanın Xalq Artisti Faiq Ağayevə Mulki müdafiə qoşunlarının komandanı adından təşəkkür elan edilmiş, fəxri fərman təqdim olunmuşdur.

FHN Mülki müdafiə qoşunlarının

Şəxsi heyətlə iş üzrə şöbəsi



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il