ENG     14 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

GUAM-ın Fövqəladə Hallar üzrə İşçi Qrupunun 17-ci iclası keçirilmişdir

20-21 noyabr tarixlərində GUAM-ın Katibliyində Fövqəladə Hallar üzrə İşçi Qrupunun 17-ci iclası keçirilmişdir. Gürcüstan tərəfinin sədrliyi ilə keçirilmiş toplantıda bütün üzv dövlətlərin nümayəndələri iştirak etmişdir.

İclasda 2016-2017-ci illərdə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı  çərçivəsində "PPRD EAST-II" layihəsinin  həyata keçirilməsi, GUAM təşkilatına üzv ölkələrin nüvə, radiasiya, kimyəvi və bioloji terrorizm təhlükələrinin qarşısının alınması və mümkün nəticələrinin aradan qaldırılması üzrə tədbirlərdə iştirakı və Dunay çayının deltasında transsərhəd sənaye qəzalarının nəticələrinin aradan qaldırılması üzrə layihənin ikinci fazasının başlanılmasına dair fikir mübadiləsi aparılmışdır. 

İşçi Qrupu ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə birgə tədbirlər planının hazırlanması, GUAM ölkələrindən olan tələbələrin Ukraynanın müvafiq təhsil müəssisələrində təhsil almasının təşkilinə dəstəyin göstərilməsi, İşçi Qrupunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına tanışlıq səfərinin təşkili ilə bağlı məsələləri də müzakirə etmişdir.

İclasda GUAM-ın Fövqəladə Hallar üzrə İşçi Qrupunun 2017-ci il üzrə iş planının icrasına dair hesabat və 2018-ci il üçün iş planı təsdiq olunmuşdur.

İşçi Qrupunun növbəti iclasının 2018-ci ilin ikinci rübü ərzində keçirilməsi qərara alınmışdır. 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il