ENG     14 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən elmi-praktik konfrans "Fövqəladə hallarla mübarizənin aktual problemləri"nə həsr olunmuşdur

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  noyabrın 28-də ölkəmizdəki digər ali məktəblərin kursant və tələbələrinin iştirakı ilə "Fövqəladə hallarla mübarizənin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Əvvəlcə konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov iştirakçıları salamlayaraq qeyd etmişdir ki, son illər Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elm-tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalatda tətbiq edilməsi, innovasiya və ixtiraçılıq fəaliyyəti, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi konfransların keçirilməsi, elmi məqalələrin çapı, təcrübə zamanı qazanılmış elmi bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində uğurlar əldə edilməsində təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək qiymətləndirmişdir. "Gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlətimiz tərəfindən mühüm addımlar atılır" deyən general-mayor Pənah Süleymanov çıxışında ölkəmizdə təhsilin və elmin inkişafına hər cür şərait yaradıldığını, bu sahəyə dövlətimizin başçısı İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.

Konfransda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları Mirramin Yunusov və İbrahim Şiriyev, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Reyhanə Məmmədtağıyeva və Səbinə Əhmədova məruzələrlə çıxış etmişlər.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

Akademiyanın "Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənnləri" kafedrasının rəisi polkovnik texnika üzrə fəlsəfə doktoru İlqar Dadaşov, "Yanğın, xüsusi hazırlıq və ixtisas fənnləri" kafedrasının rəisi daxili xidmət polkovnik-leytenantı texnika üzrə fəlsəfə doktoru Kazım Kazımov, "Humanitar fənnlər" kafedrasının müdiri filologiya elmləri doktoru professor Bahar Cəfərova və Hərbi kafedranın rəisi polkovnik Hüseynqulu Həsənovun sədrlik etdiyi bölmələrdə müxtəlif mövzular üzrə kursant və tələbələrin məruzələri dinlənilmişdir.

Tədbirin sonunda bir neçə kursant və tələbə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəxri fərmanı ilə təltif olunmuşdur.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il