ENG     18 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Hadisə

Respublika ərazisində baş vermiş hadisələr

•••  Qazax rayonu, Kəmərli kəndində ümumi sahəsi 70 m2 olan talvarın yanar konstruksiyaları 30 m2 sahədə və talvarın altına yığılmış 12 ton ot bağlamasının 6 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••  Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 25 m2 olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••  Xaçmaz rayonu, Manafoba kəndində 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••  Xızı rayonunda ümumi sahəsi 100 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə ticarət mərkəzinin damına çıxmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırmışlar.

•••  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda "Mercedes" markalı minik avtomobili səkiyə çırpılmışdır. Gəncə Regional Mərkəzinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü - 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlunun və sərnişin - 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlunun cəsədlərini çıxararaq aidiyyətı üzrə təhvil vermişlər.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il