ENG     18 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzləri tərəfindən Uşaq Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir

FHN Bakı Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində Nəsimi rayonundakı 9 nömrəli orta məktəbdə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin işində Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112 qaynar xətti", "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində Abşeron rayonu, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

"Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı", "Sel və daşqın zamanı nə etməli", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərlikdə təhlükəsizlik qaydaları"  və "112" qaynar xətti" mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi respublikada keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Neftçala rayonu, 2 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə  Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112" qaynar xətti və sair mövzularda geniş məlumat verilmiş, davranış qaydaları izah edilmişdir.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Qusar rayonu Həzrə kənd orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda FHN-in fəaliyyət istiqamətləri, yanğın, zəlzələ, sel və daşqın zamanı hərəkət qaydaları, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xəttinin rolu  kimi mövzularda ətraflı məlumat  verilmişdir.

Sonda zəlzələ, məişətdə yanğın, torpaq sürüşməsi və odsöndürücü balonlardan istifadə qaydaları haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il