ENG     19 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Müşavirədə fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti müzakirə edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində Nizami rayon İcra Hakimiyyətində "Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti" mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir.

Tədbirdə Nizami rayon İcra Hakimiyyəti, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qərib Məmmədov qeyd etmişdir ki, yanğın təhlükəsizliyi sahəsində mövcud olan problemlərin müəyyən edilərək dərhal aradan qaldırılması istiqamətində işlər daha da sürətləndirilməlidir.

Daha sonra çıxış edən Bakı Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Elnur Qasımov vurğulamışdır ki, aidiyyəti qurumların birgə fəaliyyəti və maarifləndirmə işinin daha da gücləndirilməsi ilə baş verən bədbəxt hadisələrin sayı minimuma endirilə bilər.

Tədbirdə Bakı Regional Mərkəzinin nümayəndəsi Bakı şəhərində 2016 və 2017-ci illərin müvafiq dövrü ərzində baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Dövlət Yanğın Nəzarəti Xidmətinin və Nizami rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq "Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları" və "Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları" mövzularında çıxış etmiş, yanğınların baş vermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışmışlar.

Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

Rayonun Enerji Təchizatı və Satışı İdarəsinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq "Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları", "Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti"  və "Yanğın zamanı ilkin tibbi yardım" mövzularında çıxışlar etmişlər.

FHN Bakı Regional Mərkəzinin

İctimaiyyətlə əlaqə və təbliğat sektoru

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il