ENG     18 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat işləri aparır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında seminar-məşğələ keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin, onun struktur vahidi olan DYNX-nin fəaliyyəti barədə geniş məlumat verilmiş, yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun mahiyyəti onlara izah olunmuşdur. Eyni zamanda yanğın təhlükəsizliyi qaydaları barədə geniş danışılaraq suallar cavablandırılmış, ilkin odsöndürmə vasitələri, onların istismarı və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Xidmət tərəfindən hazırlanmış  "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzusunda yaddaş vərəqələri və "İnzibati binaların yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçası tədbir iştirakçılarına paylanmışdır. AMEA RH Aparatının 2-ci Xüsusi şöbəsinin rəisi Eldar Quliyev seminar-məşğələnin təşkilinə görə minnətdarlığını bildirmişdir.    

 

Dövlət Yanğn Nəzarəti Xidməti  təbliğat xarakterli növbəti tədbirini  Nizami rayonu ərazisində yerləşən Milli Gimnastika Arenasında  aparmışdır .

Tədbir  zamanı Milli Gimnastika Arenasının  əməkdaşlarına inzibati binalarda və arenanın mehmanxana bölməsinin yanğın təhlükəsizliyi qaydaları, yanğın zamanı davranış qaydaları, ilkin odsöndürmə vasitələri, onların istismarı və tətbiqi qaydaları haqqında ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Arenanın  əməkdaşlarına "İnzibati binaların yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçası, yanğın təhlükəsizliyi qaydalarından bəhs edən bukletlər paylanmışdır. 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il