ENG     17 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov hesabat-seçki konfransının işini açıq elan edərək görülmüş işlər haqqında məlumat vermişdir.

Sonra Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri hesabat məruzəsi ilə çıxış etmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən mayor Müsəddiq Əsədov çıxış edərək komitə üzvlərinin asudə vaxtlarını səmərəli keçirməsinə, səhhətində problem yaranmış işçilərin sağlamlığının təmin olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verilməsinə, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların göstərilməsinə, xidmət vaxtı xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması kimi işlərə görə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqına təşəkkürünü bildirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Zaur Hüseynov yenidən sədr seçilmişdir. Konfransda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının konfransında iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsindən nümayəndələr seçilmişdir.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il