ENG     20 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti noyabrın 1-də "LUKOIL" QSC-nin neft məhsulları çənlər parkında "Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirmişdir.

Taktiki təlimdə çənlərdə yanğın baş verdikdə texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, yanğın zamanı birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətə yönəldilməsini, yüksək saylı çağırışla vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanmasını, yerləşdirilməsini və onların idarə olunmasını, əməliyyat sənədlərinin aparılmasını, yanğın zamanı rabitə və arxa sahənin təşkil olunmasını, yanğınsöndürmə növbələrinin rəis və onların köməkçilərinin yanğını söndürərkən onlara tabe olan şəxsi heyətlə döyüş əməliyyatlarının aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmələrini, yanğının söndürülməsinə cəlb olunan şəxsi heyətin ekstremal şəraitlərdə yanğınların söndürülməsi vərdişlərini və döyüş hərəkətlərınin aparılması qaydalarını, "LUKOIL" QSC-nin neft məhsulları çənlər parkında xidmət edən operatorların yanğın zamanı ilkin hərəkətlərini məşq etdirmək qarşıya məqsəd qoyulmuşdur.

"Yanğından mühafizə xidmətində rəis heyətinin taktiki hazırlığı üzrə Təlimat"ın tələblərinə uyğun olaraq təlimdən əvvəl çənlərin yerləşdiyi ərazinin, onun əməliyyat-taktiki xüsusiyyətlərinin, mövcud rabitə vasitələrinin, su təchizatının öyrənilməsi, bu tip obyektlərdə baş vermiş yanğınların söndürülməsinin təşkil olunmasının və taktikasının təhlil edilməsi, şərti yanğın şəraitinin təqlid edilməsi qaydalarının hazırlanması, təlimin başlanması və davam etməsi müddətinin, cəlb edilən qüvvə və vasitələrin təyin edilməsi, şəxsi heyətin hazırlığı və təlimin maddi-texniki təchizatının təmin olunması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. "LUKOIL" QSC-nin neft məhsulları çənlər parkının texnoloji prosesi, mühafizə olunan obyektin bina və tikililərindəki tikinti konstruksiyalarının yanğın təhlükəliliyi və obyektin digər mühüm əhəmiyyətli xüsusiyyətləri öyrənilmişdir. Təlimə cəlb olunmuş yanğın avtomobillərinin texniki silahlarla komplektləşdirilməsi, onların sazlığı və istismar zamanı etibarlılığı yoxlanılmışdır. Zəruri olan digər hazırlıq işləri görüldükdən sonra yanğın taktiki təlim başlamışdır.

"LUKOIL" QSC-nin neft məhsulları çənlər parkında A-93 markalı benzin saxlanıldığı 5 saylı rezervuarda texnogen qəza nəticəsində baş vermiş şərti yanğın haqqında mühafizəçi parkın rəhbərliyinə məlumat vermişdir. Terminalin növbətçisi dərhal yanğın haqqında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin "101" xidmətini məlumatlandırmışdır. Terminalın rəhbərliyi operatora rezervuarlara məhsulun vurulmasının dayandırılması və su nasoslarına su verilməsi, yanğın bölmələrinin qarşılanması məqsədi ilə mühafizəçilərin cəlb edilməsi üçün tapşırıqlar vermişdir.

2 nömrəli çağırış (köpük) elan edilərək Bakı qarnizonunun müvafiq qüvvə və vasitələri hadisə yerinə göndərilmişdir.

Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 13 saylı və Xətai rayon Yanğından Mühafizə hissələrinin canlı qüvvə və texnikası hadisə yerinə çatan kimi DYMX-nin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzini məlumatlandıraraq su təchizatı, şəxsi heyətin istilik əks etdirən kostyumları geyinməsi, yanan rezervuarın soyudulması və s. ilə əlaqədar zəruri tədbirləri həyata keçirmişlər.

Hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin rəhbər işçiləri yaranmış vəziyyət və görülmüş işləri müzakirə etdikdən sonra yanmanın sürətinin artdığını, qonşu rezervuarlara təhlükə yaratdığını nəzərə alaraq 11, 18 və 19 saylı Yanğından Mühafizə hissələri də yanğın yerinə cəlb olunmuşdur. Köpük hücumuna başlanılaraq yanğının söndürülməsi üçün digər zəruri tədbirlər də həyata keçirilmiş, şərti yanğın müvəffəqiyyətlə söndürülmüşdür.

Sonda 5 saylı rezervuarda keçirilən yanğın-taktiki təlim yekunlaşdırılaraq əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunmüş, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyi şəraitdə nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətlərini düzgün təyin etmək bacarıqları qiymətləndirilmüşdir. Yanğından mühafizə hissələrinin yanğın-taktiki təlimdə hərəkətləri təhlil edilərək əldə edilmiş müsbət təcrübənin gələcəkdə tətbiq olunması, mövcud nöqsanların aradan qaldırılması, həmçinin döyüş hərəkətlərinin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlərin hazırlanması ilə bağlı təkliflər irəli sürülmüşdür.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

 İctimaiyyətlə əlaqələr və təbliğat sektoru



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il