ENG     18 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti" mövzusunda masaüstü qərargah təlimi keçirilmişdir

Noyabrn 2-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə Xəzər-2017 - "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti" mövzusunda masaüstü qərargah təlimi keçirilmişdir.

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri - təlimin rəhbəri general-leytenant Etibar Mirzəyev, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirinin müavini Vladlen Aksenov, İran İslam Respublikasının daxili işlər nazirinin müavini İsmail Nəcər, habelə Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində komitə sədrinin müavini Marat Kuldikov, Türkmənistan Müdafiə Nazirliyinin baş idarə rəisi Pənah İlyasov, eyni zamanda Azərbaycanın Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd və Dövlət Təhlükəsizlik xidmətlərinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin, Dövlət Neft Şirkətinin və "BP" Şirkətinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə, təlim iştirakçıları Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar. Sonra qonaqlar FHN-in Akademiyasında fəaliyyət göstərən "Heydər Əliyev Mərkəzi" ilə tanış olmuşlar.

Tədbiri açıq elan edən təlimin rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirakçıları salamlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi xarici dövlətlərlə, xüsusən də Xəzəryanı dövlətlərlə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir və təşkil edilmiş beynəlxalq təlim də bu diqqətin bariz nümunəsidir. O, FHN-in xarici dövlətlərin müvafiq qurumları ilə təlimlərdə yaxından iştirak etdiyini, eyni zamanda fövqəladə hallara qarşı birgə mübarizə sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırmışdır. Bu tədbirin Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə Bakıda keçirilən ilk beynəlxalq təlim olduğunu vurğulayan nazir müavini qeyd etmişdir ki, təlimə ümumilikdə 1100 nəfər şəxsi heyət, 208 texnika, 2 təyyarə, 5 helikopter, 8 gəmi və 6 xüsusi təlim görmüş it cəlb edilmişdir. Nazir müavini Etibar Mirzəyev bu tədbirin baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində birgə əməkdaşlığın inkişaf etdirilməsində böyük rol oynayacağına ümidvar olduğunu bildirmiş, təlim iştirakçılarına uğurlar arzulamışdır.

Təlimdə çıxış edən Xəzəryanı dövlətlərin müvafiq qurumlarının şəxsi heyət rəhbərləri dəvətə və təşkilatçılığa görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təşəkkürlərini bildirmişlər.

Sonra masaüstü qərargah təlimi ilə bağlı əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirə zamanı təlimlə bağlı hazırlanmış videoçarx nümayiş olunmuş, qərargahla, eyni zamanda Xəzəryanı dövlətlərin müvafiq qurumlarının təlimdə iştirak edən şəxsi heyətləri ilə videobağlantı yaradılaraq informasiya mübadiləsi edilmişdir.

Beynəlxalq təlim noyabrın 3-də Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində davam etdirilmişdir.

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il