ENG     21 Oktyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Oktyabr 2017-ci il
N 33 (548)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Fövqəladə hallarla bağlı davranış qaydaları
Sel və daşqın

Sel - dağlardan gələn, özü ilə çoxlu qum, gil, çınqıl, daş, ağac parçaları gətirən qarışıq su axınıdır.

Daşqın - dənizdə, göldə, çayda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində ətrafı su basması deməkdir.

Sel və daşqına necə hazır olmalı:

Əgər yaşadığınız ərazi tez-tez sel və daşqına məruz qalırsa:

- yaxınlıqda olan su basmayan yüksəkliklərin yerini və oraya gedən ən qısa yolları əvvəlcədən öyrənin;

- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın.

Sel və daşqın zamanı nə etməli:

- təhlükə yarandıqda və təxliyə haqqında göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə gedin;

- hazırladığınız ehtiyat çantasını götürməyi unutmayın;

- evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün, qapı və pəncərələri möhkəm bağlayın;

- vaxt imkan verirsə, vacib saydığınız əşyaları evin yuxarı mərtəbəsinə və ya çardağa qaldırın, həyətdə suyun apara biləcəyi zəruri əşyaları yerindəcə bərkidin və ya təhlükəsiz yerə yığın;

- ev heyvanlarını sərbəst buraxın;

- korlana biləcək əşyaları zirzəmidən çıxarıb təhlükəsiz yerə yığın;

- evi tərk edə bilmədikdə, yardım gələnədək, yaxud suyun səviyyəsi enənədək yuxarı mərtəbədə və ya çardaqda qalın;

- gündüz taxta parçasına bağlanmış aydın görünən parça, gecə isə işıq və ya səs vasitələri ilə yardım üçün siqnal verin;

- xilasedicilərin göstərişlərini sözsüz yerinə yetirin;

- su basmış ərazini müstəqil olaraq yalnız təcili yardım ehtiyacı, suyun səviyyəsinin sürətlə qalxması, xilasedicilərin gəlməsinə ümid olmadıqda tərk edə bilərsiniz;

- suda rahat hərəkət etmək üçün ağır və dar geyimləri çıxarın;

- yardım gələnədək suyun üzərində qalmağa imkan verəcək batmayan əşyadan yapışın (avtomobil şini, taxta əşya və s.);

- suyun axını istiqamətində üzün, qüvvənizə qənaət edin.

Sel və daşqından sonra nə etməli:

- su çəkildikdə yalnız müvafiq qurumların icazəsindən sonra evə qayıda bilərsiniz;

- evə qayıtdıqda qaz və elektrik təchizatı sisteminin sazlığına əmin olmadan onları yandırmayın;

- yoluxucu xəstəliklərin yayılmaması üçün daşqın və sel sularının gətirdiyi zibili tez yığışdırıb həyət və evi təmizləyin;

- içməli su mənbəyindən müvafiq sanitariya yoxlamasından sonra istifadə edin.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il