ENG     13 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili" mövzusunda qərargah məşqi keçirilmişdir

FHN Bakı Regional Mərkəzində "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili" mövzusunda qərargah məşqi keçirilmişdir.

Məşqin keçirilməsində məqsəd Mərkəzin rəhbər və zabit heyətinin hazırlığının tələb olunan səviyyədə saxlanılması, onların fəaliyyətə hazırlanması və qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, fövqəladə hal şəraitində idarəetmə orqanlarının birgə fəaliyyətlərinin uzlaşdırılması, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət və əməliyyat tədbirlərinin reallığının yoxlanılması və təkmilləşdirilməsi, Mərkəzin rəhbər və zabit heyətinə qərargah məşqinin təşkili və keçirilməsi, sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin, eləcə də şəxsi heyətə yüksək mənəvi-psixoloji keyfiyyətlərin aşılanması olmuşdur.

Qərargah məşqi iki mərhələdə keçirilmişdir.

Birinci mərhələ Mərkəzin struktur bölmələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, "Həyəcan" siqnalı ilə qaldırılması, 2 və 1 ?-li hazırlıq dərəcələrinə gətirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin, İkinci mərhələ isə zədələnmə ocağında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin davam etdirilməsi, xilasetmə əməliyyatlarının başa çatdırılması zamanı idarəetmənin təşkili üzrə fəaliyyətləri əhatə etmişdir.

Qərargah məşqi zamanı Bakı şəhəri ərazisində şərti olaraq 5 fövqəladə hadisə modelləşdirilmiş və Mərkəzin məşqə cəlb olunan rəhbər və zabit heyətinin qarşısına döyüş tapşırığı kimi qoyulmuşdur. Alınmış məlumatlar üzrə hadisə rayonunda müvafiq tapşırıqların icrasında idarəetmə orqanlarının fəaliyyətləri nümayiş etdirilmiş, əməliyyat şəraiti iş xəritələrinin üzərinə işlənilmişdir. Məşqin hər iki mərhələsi üzrə görülmüş işlər barədə məlumatlar əməliyyat qərargahına ötürülmüşdür.

Birgə qərargah məşqi Mərkəz əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiyavermə bacarığının daha da təkmilləşdirilməsi istiqamətində növbəti addım olmuş və iştirakçılara yüksək mənəvi-psixoloji keyfiyyətlərin aşılanması ilə müşayiət olunmuşdur.

Sonda məşqin təhlili aparılmış,  müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

*****

FHN Aran Regional Mərkəzində "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili"  mövzusunda qərargah məşqi keçirilmişdir.

Birinci mərhələdə Mərkəzin struktur bölmələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, "Yüksək" hazırlıq və "Fövqəladə" hal rejimi dərəcəsinə gətirilməsi, əməliyyat tapşırığının təhlili və vəziyyətin qiymətləndirilməsi, fövqəladə hal rayonuna yürüşün həyata keçirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması üzrə qərarın qəbul edilməsi, hərtərəfli təminatın və koordinasiyanın təşkili həyata keçirilmişdir.

İkinci mərhələ isə fövqəladə halların nəticələrinin aradan qaldırılması və diqər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin, həmçinin əməliyyata cəlb olunan qurumlarla qarşılıqlı əlaqənin təşkili və həyata keçirilməsi, Mərkəzin struktur bölmələrinin daimi dislokasiya yerlərinə qaytarılması üzrə fəaliyyətlərdən və s. ibarət olmuşdur.

Məşq zamanı fövqəladə hal baş verən andan etibarən müvafiq xidməti təlimatlara uyğun olaraq atılmalı olan hər bir addım barədə şəxsi heyətə ətraflı məlumat verilmiş və şərti olaraq Mərkəzin dislokasiya ərazisində üç fövqəladə hal modelləşdirilmiş və döyüş tapşırığı kimi məşğələ iştirakçılarının qarşısına qoyulmuşdur.

Tapşırıqlar Mərkəzin bütün struktur bölmələrini əhatə edən məşq iştirakçıları tərəfindən yüksək səviyyədə yerinə yetirilmişdir. Bu məşq şəxsi heyətin  baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya vermə bacarığını bir daha sübut etmişdir.

Qərargah məşqində verilən əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilmişdir.

*****

FHN Qarabağ Regional Mərkəzində keçirilən "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili"mövzusunda qərargah məşqində Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində ehtimal olunan üç fövqəladə hal modelləşdirilib və bu hallarla mübarizə məsələləri müzakirə edilmişdir.

Mərkəzin əhatə etdiyi ərazilərdə baş verən şərti fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Qarabağ Regional Mərkəzi ilə Nazirliyin yerli qurumları və yerli icra hakimiyyətlərinin idarə və təşkilatları arasında qarşılıqlı fəaliyyət planlarına əsasən işlər davam etdirilməklə müsbət nəticələrə nail olunmuşdur.

Məşqin sonunda görülmüş işlər müzakirə olunaraq, çatışmazlıqlar təhlil edilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il