ENG     21 Oktyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Oktyabr 2017-ci il
N 33 (548)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

YANĞIN ZAMANII İNSANLAR VƏ ƏMLAK XİLAS EDİLƏRKƏN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin hissə və bölmələri tərəfindən yanğın söndürülərkən və qəza-xilasetmə işləri həyata keçirilərkən insanların və əmlakın xilas edilməsi zamanı yaranmış şəraitdən asılı olaraq bir sıra təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Xilasetmə işləri cəld, lakin xilas olunan insanların zədələnməsinə, xəsarət almasına yol verməməklə yerinə yetirilməlidir.

Yanğının söndürülməsi və xilasetmə işləri aparılması ilə əlaqədar ilkin tədbirlər həyata keçirilərkən bütün hallarda qüvvə və vasitələrin açılışı ilə eyni vaxtda, hətta həmin anda ona ehtiyac olmadıqda belə təcili tibbi yardım xidmətinin çağırılması təmin edilməlidir.

Tibb xidmətinin yanğın yerinə gəlməsinə qədər xəsarət alanlara ilk həkiməqədər tibbi yardım DYMX-nin şəxsi heyəti tərəfindən müəyyən olunmuş qaydada göstərilməlidir.

İnsanların yüksəkliklərdən xilas edilməsinin təşkili zamanı stasionar və səyyar əl yanğın nərdivanlarından, nərdivan və dirsəkli qaldırıcı avtomobillərdən, xilasetmə kəndirlərindən və digər vasitələrdən onların texniki xüsusiyyətlərini bilməklə və müvafiq qaydalara əməl etməklə istifadə olunmalıdır.

İnsanları və özünü xilasetməni yerinə yetirməyə başlamazdan əvvəl xilasetmə kəndirinin uzunluğu yerə (eyvana və s.) düşməsinə, xilasedici ilmək xilasedilənə etibarlı bağlanmasına (özünü xilasedən zaman-binanın konstruksiyasına) və xilasetmə kəndiri bel kəmərindəki yanğın karabininə düzgün dolaşdırılmasına tam əmin olmaq lazımdır.

Xilasetmə və özünüxilasetmə məqsədilə yaş və yüksək rütubətə malik, eləcə də döyüş hesabında olmayan xilasedici kəndirlərdən istifadə etmək qadağan olunur.

Məcburi izolyasiya şəraitində qalmış zərərçəkənlərin tez bir zamanda çıxarılması mümkün olmadığı hallarda ilk növbədə sağ qalmalarını təmin etmək məqsədi ilə onlara təmiz hava, içməli su, qida, dərman və fərdi müdafiə vasitələrinin verilməsi təmin olunmalıdır.

DYMX hissələrinin (bölmələrinin) xilasediciləri zərərçəkənlər olan yerlərə daxil olarkən ilk növbədə təhlükə törədən uçulmuş konstruksiyaların qaldırılması, yerinin dəyişdirilməsi, kəsilməsi (diametri 20 mm qədər olan armaturların doğranması və kəsilməsi) işlərini yerinə yetirməli, belə hallarda fərdi qəza-xilasetmə alətlərindən (hidravlik qayçı, hücum baltası, sürgü qollu dayaqlar və s.) və ümumi təyinatlı mexanikləşdirilmiş alətlərdən (əl elektrik qayçısı, diskli və zəncirli mişarlar, betonqıran, kəsici və sındırıcı çəkiclər və s.) istifadə etməlidirlər. Digər texniki vasitələrin istifadəsi zamanı onların istismarı üzrə təlimatların tövsiyələri rəhbər tutulmalıdır.

İnsanların xilas edilməsi zamanı xilasedici şlanqdan istifadə edilərkən, şlanq qaldırıcı avtomobildəki səbətin döşəməsinə bərkidilməlidir. Bu zaman eyni vaxtda iki nəfərdən artıq adamın yerləşdirilməsi və səbətə iki və daha artıq xilasedici şlanqın qoşulması qadağandır.

Nərdivan avtomobilinin liftinin kabinəsində insanların qaldırılmasına (endirilməsinə) yalnız siqnal vasitələrinin və avtomatik söndürmə sisteminin saz vəziyyətdə olduğu halda icazə verilir.

Avtomatın siqnalı zəng çaldıqda kabinənin qaldırılması dərhal dayandırılmalı və liftin kabinəsi başlanğıc vəziyyətə qaytarılmalıdır.

Liftin kabinəsində eyni vaxtda qaldırılan (endirilən) insanların sayı (yükün çəkisi) nərdivan avtomobilinin istismarı üzrə zavod təlimatı ilə müəyyən edilmiş çəkidən artıq olmamalıdır.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il