ENG     13 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Qusar rayonu Yasab kənd orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, qəzaların baş verməsində insan faktoru kimi mövzularda biliklərin aşılanması olmuşdur.

Toplantıda FHN-in fəaliyyət istiqamətləri, yanğın, zəlzələ, sel və daşqın zamanı hərəkət qaydaları, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xətti"nin rolu kimi mövzularda ətraflı məlumat verilmişdir.

Sonda zəlzələ, məişətdə yanğın, torpaq sürüşməsi və odsöndürən balonlardan istifadə qaydaları haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Goranboy rayonu 3 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının və məktəb kollektivinin iştirak etdikləri tədbirin məqsədi müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları mövzularında biliklərin aşılanması olmuşdur.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı", Sel və daşqınlar zamanı davranış qaydaları", "Odsöndürücü balonlardan istifadə qaydaları, "Məişətdə yanğın və dəm qazı təhlükəsi" və "112" qaynar xətti" mövzularında çıxışlar edilmişdir. Odsöndürən balonlardan istifadə qaydaları tədbir iştirakçılarına əyani surətdə nümayiş etdirilmişdir.

Sonda mövzulara dair fotoslaydlar və videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Qobustan rayonu Nabur kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə məktəbin kollektivi iştirak etmişdir. Toplantıda dinləyicilərə "Sel və daşqın", "Zəlzələ", "Dəm qazı", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Nəqliyyat qəzaları" və "112" qaynar xətti" haqqında geniş məlumatlar verilmişdir. Mərkəz əməkdaşları tərəfindən şagirdlərə "Fövqəladə hallarla bağlı əsas davranış qaydaları" adlı maarifləndirici kitabça paylanılmışdır.

Sonda suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yardımlı şəhər 3 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, DYMX-nin Yardımlı rayon Yanğından Mühafizə Hissəsinin, Təhsil şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr dinlənilmiş, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə məlumat verilmiş, mövzularla bağlı fotoslaydlar nümayiş olunmuşdur.

Sonda mövzulara dair videoçarxlar nümayiş olunmuş, maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Ağcabədi şəhəri M.F.Axundov adına 3 nömrəli məktəb-liseyində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin təşkil edilməsində məqsəd gənc nəslə təbii və texnogen mənşəli fövqəladə hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olmuşdur.

Toplantıda fövqəladə hallar, onların xüsusiyyətləri barədə dinləyicilər məlumatlandırılmış, "Zəlzələ", "Sel və daşqın", "Hidrodinamik qəzalar", "Əyində geyim yanarkən davranış qaydaları", "112" qaynar xətti"nə müraciət qaydaları" və "Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları" mövzularına dair ətraflı məlumatlar verilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunmuş, iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı materiallar paylanmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il