ENG     21 Oktyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Oktyabr 2017-ci il
N 33 (548)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə hallarla bağlı davranış qaydaları izah olunmuşdur

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər Tarix Muzeyində Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri ilə birgə dəyirmi masa keçirmişdir.

"Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusuna həsr olunan dəyirmi masa Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin üzvlərinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin görülməsi məqsədi daşımışdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, Sumqayıt Bələdiyyəsinin və məhəllə komitələrinin nümayəndələri iştirak etmişdir.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqın zamanı nə etməli?", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərlikdə təhlükəsizlik qaydaları" və "112" qaynar xətti" mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.

Tədbirdə, həmçinin yanğına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, yanğınların başvermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələr və digər məsələlərə toxunulmuşdur.

Sonda suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.

FHN Sumqayıt Regional Mərkəzinin

İctimaiyyətlə əlaqə və təbliğat sektoru



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il